Azərbaycan haqqında kitablar Macarıstan Kitabxanasında
Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin
mətbuat xidmətinin məlumatına əsasən,
nazirlik tərəfindən xarici ölkələrdə
Azərbaycanın tarixini və zəngin mədəni
irsini təbliğ etmək, Azərbaycan ədəbiyyatı
fondlarını daha da zənginləşdirmək
məqsədilə xarici ölkələrə kitab
və elektron nəşrlər göndərilir.
Nazirlik
Azərbaycanın Macarıstandakı Səfirliyi vasitəsilə
Macarıstanın Xarici Ədəbiyyat Milli Kitabxanasına
maraqlı kitab və elektron nəşrlər göndərmişdir.
Kolleksiyaya Azərbaycan
xalqının ümummilli lideri Heydər
Əliyev, Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva, habelə,
Azərbaycanın tarixi, qədim dövlətçiliyi, mədəniyyəti,
incəsənəti, musiqisi, adət-ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s.
haqqında Azərbaycan,
rus, ingilis, fransız, alman dillərində materiallar
daxil edilmişdir. Göndərilən
materiallar arasında "Heydər Əliyev və mədəniyyət"
üçcildliyi, "Heydər Əliyev: Ömür və zəmanə (1923-2003)" fotoalbomu, "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi", Əziz Ələkbərli "Pamyatniki Zapadnoqo Azerbaydjana", C.Rüstəmov "Qobustan - Azərbaycanın qədim mədəniyyət
ocağı (Gobustan - the ancient centre
of Azerbaijan culture)", "Kitabi Dədə Qorqud Ensiklopediya (2 cilddə)", V.L.Veliçko "Kavkaz",
V.L.Velichko "Caucasus",
Dj. Aliev, B. Budaqov "Turki, azerbaydjanüı, arməne:
qenoçid istoriçeskoy
pravdı", Dshalal
Alijev. Budag Budagov "Türken, aserbeidshaner und armenier.
Das genozid", Samuel A. Weems "Secrets
of a "Christian" terrorist state
Səs.- 2008.- 5 avqust.- S. 12.