Mükərrəmoğlu M.


Vyana şəhər kitabxanasında Azərbaycan ədəbiyyatı guşəsi yaradılır

 

Avstriyada Azərbaycana maraq getdikcə artır. Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərənAzer-ATACəmiyyəti Azərbaycanın Avstriyadakı səfirliyi Vyana şəhər kitabxanasındaAzərbaycan ədəbiyyatıguşəsinin yaradılması barədə razılıq əldə etmişlər. Sözügedən guşə üçün Mədəniyyət Turizm Nazirliyi tərəfindən zəngin kitab kolleksiyası hazırlanmışdır.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, kolleksiyaya Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, ədəbiyyatı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva, Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan, rus, ingilis, alman dillərində kitab və elektron nəşrlər, habelə tarixi və bədii ədəbiyyat, uşaq ədəbiyyatı daxil edilmişdir.

Guşənin açılışı sentyabr ayına planlaşdırılıb. Təqdimat barədə saytımızda ətraflı məlumat veriləcəkdir.

 

Xalq qəzeti.- 2008.- 22 avqust.- S. 4.