Cari ilin yanvar-iyul
ayları ərzində
İT-məhsulları istehsalı
və Azərbaycanda göstərilən İT xidmətlərinin
həcmi 40,7 faiz artımla 448,2 mln. manata çatıb. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən
məlumat verilib.
Artım elektron hesablama maşınları və
informasiya işlənməsi üçün digər
avadanlıqlar istehsalı sahəsində 2,9 dəfə,
ötürücü cihazların istehsalında 2,9
dəfə, nəzarət-ölçü cihazlarının
istehsalında 2,5 dəfə, texnoloji proseslərin
tənzimlənməsi və nəzarət cihazlarının
quraşdırılmasında 2,1 dəfə,
elektrik-məişət mallarının və radio-televiziya
aparatlarının topdan satışında 61,9 faiz, kompyuter
satışı, proqram təminatında 82,7 faiz,
məsləhətlər və proqram təminatının
göndərilməsində 63,9 faiz, elektrik rabitəsində
37,9 faiz, elektron radio elementlərin istehsalında 3,1
dəfə təşkil edib.
Cari ilin yanvar-iyul ayları ərzində Azərbaycanda
təşkilatlara və əhaliyə 503,6 mln. manat
həcmində rabitə xidməti göstərilib. Bu,
2007-ci ilin analoji dövr göstəricisinə
nisbətdə 34,3 faiz
çoxdur. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat
verilib. Ümumi həcmin 78,2 faizi əhaliyə göstərilən
xidmətin payına düşüb.
Bununla yanaşı, əldə olunan gəlirlərin
72,1 faizi mobil rabitənin payına düşüb ki, bu
sahədə artım 39,7 faiz təşkil edib.
Quba-Xaçmaz iqtisadi rayonunda xidmət üzrə
artım 23,9 faiz, Şirvanda 41,9 faiz, Şəki-Zaqatalada 26,9
faiz, Lənkəranda 26,3 faiz, Abşeronda 23 faiz və
Gəncə-Qazaxda 20,2 faiz təşkil edib.
Rabitə dünyası.- 2008.- 21 avqust.- S. 3.