Avqustun 15-16-da Bakının Park İnn otelində Amerikanın
QUALCOMM şirkətinin və
Mərkəzi Asiya
SDMA Forumunun təşəbbüsü,
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin dəstəyi
ilə UMTS/WCDMA texnologiyası
üzrə ikigünlük
seminar keçirilmişdir.Seminarda Azərbaycanın rabitə
operatorlarının - “Aztelekom”
İstehsalat Birliyinin,
BİTRİB-in, “Azərsel”, ”Baksell”, “Azərfon” şirkətlərinin və
digər rabitə müəssisələrinin mütəxəssisləri
iştirak edirdilər.
Seminarı giriş sözü ilə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov açdı.
Nazir müavini qonaqları və seminar iştirakçılarını
salamladıqdan sonra belə əhəmiyyətli
tədbirin ölkəmizdə
keçirilməsinə təşəbbüs
göstərən QUALCOMM şirkətinə
nazirlik adından təşəkkür etdi. Sonra o, Azərbaycanda
tətbiq edilən texnologiyalardan daha səmərəli istifadə
oluması üçün
adı çəkilən
şirkət tərəfindən
maraqlı təkliflər
verildiyini, həmin təkliflərin yerli operatorlar üçün
əhəmiyyətli olacağını
nəzərə alaraq
nazirliyin bu seminarın keçirilməsinə
lazımi dəstək
göstərdiyini qeyd
etdi.
Natiq Azərbaycanda
SDMA standartında texnologiyaların
tətbiqinin genişlənməkdə
olduğunu vurğulayaraq
bu sahədə bir neçə operatorun fəaliyyət göstərdiyini bildirməklə
yanaşı, bəzi
müəssisə və
təşkilatların tezlik
diapozonundan səmərəli
istifadə etmədiklərini,
yeni texnologiyalardan istifadədə səmərəliliyi
artırmaq üçün
bu seminarın əhəmiyyətli olacağını,
çıxış və
məruzələrdən iştirakçıların
qiymətli məlumatlar
əldə edəcəklərini
qeyd etdi, seminarın işinə uğurlar arzuladı.
Sonra QUALCOMM şirkətinin qlobal biznesin inkişafı üzrə baş direktoru Məhəmməd
Rahil Kamal, Mərkəzi Asiya SDMA Forumunun sədri Xalid Xan, həmin
Forumun icraçı direktoru Syed İsmail Şah və MDB ölkələri
üzrə koordinatoru
Şahida Nurhacıyeva
məruzələr söyləmiş,
çıxış etdilər
və seminar iştirakçılarının
sualları ətrafında
müzakirələr apardılar.
Rabitə dünyası.- 2008.- 21 avqust.- S. 3.