İlqar Z.

Kompyuter proqramları

Kompyuter proqramları - konkret məsələnin həllini təmin edən kifayət qədər tam kompyuter təlimatları yığımıdır. Proqramlara çox zaman əlavələr də deyirlər. Üç cür proqram mövcuddur: Sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı.

Sistem proqramları - əməliyyat sistemləri, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şriftin dəyişilməsi) və s. proqramlardır.

Tətbiqi proqramlar - hər hansı bir məsələnı həll etmək üçün istifadə olunur (mətn redaktorları, elektron cədvəllərlə işləmək üçün proqramlar, verilənlər bazası, tərcümə proqramları, kompyuter qrafikası, arxiv proqramları və s.). Tətbiqi proqramlar özləri də tiplərə bölünürlər: Əsas tətbiqi proqramlar və köməkçi proqramlar (utilitlər). Utilit - konkret işi görən və ofis proqramlarına daxil edilən xüsusi proqramdır. Qeyd edək ki, əsas proqramlardan əlavə köməkçi proqramlar da mövcuddur ki, onların da özünəməxsus funksiyaları var.

Köməkçi proqramlar

· Graph proqramı - rəqəmləri qraf şəklində göstərir.

· Organization Chart - müxtəlif sxemlərin yaradılmasında, məsələn təşkilatın struktur sxeminin yaradılmasında istifadə olunur.

· Equation Editor - müxtəlif riyazi ifadələrin yazılması üçün nəzərdə tutulmuşdur.

· WordArt - loqotip və sərlövhələr üçün nəzərdə tutulmuş rəqəm və sözləri müxtəlif formalarda təqdim edir.

· ClipArt Gallery - müxtəlif şəkillər daxil edilmiş kataloqlara baxış keçirmək və sənədə istənilən təsviri daxil etmək mümkündür.

· Digər utilitlər: simvollar cəd-vəli, WordPad, Paint, Bitmap İmage, Calendar Control, MS Equation.3, MS PhotoEd.3 və s.

Alqoritmik dillər proqramı

Alqoritmik dillər proqramı - hər hansı proqram dili üçün nəzərdə tutulmuş proqramlar.

Bundan başqa, digər proqramlar da mövcuddur. Məsələn, kompyuter oyunlarının bir proqram olduğu haqda qeyri-peşəkarlar lap elə adi istifadəçilər xəbərsizdirlər. Halbuki, kompyuter oyunları özləri də bir proqramdır. Özü də bu tip proqramlar kompyuter qurğularını test etmək üçün ən yaxşı üsuldur. Belə ki, işdə yüksək surət, daha çox yaddaş və yaxşı qrafika tələb edir.

Proqramların əsas funksiyaları:

* Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi

* Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilməsi

* Kompyuterin əməli yaddaşının idarə edilməsi

* Kompyuterin sabit yaddaşının idarə edilməsi

* İstifadəçi ilə kompyuter arasında qarşılıqlı əlaqənin yaradılması

Əlavə funksiyalar:

* Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi

* Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması

* Kompyuterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması (şəbəkə)

* Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlinə keçməsinin qarşısının alınması

* Qoşulmaların idarə edilməsi

* Əməliyyat sistemlərinin təsnifatı

* Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:

* sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;

* sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;

* prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;

* prosessorun mərtəbələrin sayına görə: 8 - mərtəbəli, 16 - mərtəbəli, 32 - mərtəbəli, 64 - mərtəbəli;

* interfeysin tipinə görə: əmrli və obyektyönlü;

* informasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;

* resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

* Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompyuter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompyuterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompyuterlərdə də istifadə oluna bilər.

Proqram növləri

Microsoft Windows

Kompyuterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP. Fərdi kompyuterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradılmışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistem olub, qrafiki pəncərə istifadəçi interfeysinə malikdir.


Linux

MSDOS (QDOS) əsasında: Microsoft Windows (+1993 Windows NT 3.1, NT 3.5, Windows 95, NT 3.51, NT 4.0, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Server 2003, Windows Vista...)

Virus proqramları və ya kompyuter virusları

Virus proqramları və ya kompyuter virusları - müxtəlif vasitələrlə bir kompyuterdən digər kompyuterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus proqramları özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir.

Virus özgə disketlərdən, elektron poçt və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanımadığınız məktub və kompyuter virusları şəklində ortaya çıxa bilər. Qeyd edək ki, kompyuter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompyuter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi.

Virus proqramlarının təsnifatı

Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:

· yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;

· yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;

· əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, *NIX virusları və s.;

· destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;

· virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.

Virusların yaradılması

Hər gün 10-15 yeni növ virus meydana çıxır. Virusların miqdarı həndəsi silsilə üzrə artır. Bunu statistika və real həyat təsdiq edir. 1990-cı ildə təxminən 500 virus, 1992-ci ildə - 3 000, 1994-cü ildə - 5 000, 1996 - 9 000, 1999 - 30 000, 2001 - 50 000, 2004-cü ildə 112 000-dən çox virus məlum idi.

Kompyuter viruslarının sayının artması ilk növbədə onunla bağlıdır ki, proqramlaşdırmanı bir qədər öyrəndikdən sonra istənilən şəxs virus yaza bilər. Bu işdə ona leqal və qeyri-leqal ədəbiyyat, virusların yazılması üçün xüsusi proqram təminatı kömək edə bilər. Hətta müxtəlif mutasiya generatorları mövcuddur ki, birinci kurs tələbəsinin yaratdığı sadə virusdan onun köməyi ilə mürəkkəb virus yaratmaq olar.

Virusların yayılması

Şəbəkə və kommunikasiya texnologiyalarında hər bir yenilik virusların yaradılması və yayılması üçün yeni imkanlar, yollar açır. Yaxın vaxtlara kimi viruslar disketlər və digər daşıyıcılar vasitəsi ilə yayılırdı, İnternet viruslar üçün geniş magistral açdı. Kompyuter virusları İnternetdə bioloji virusların real dünyada yayılmasından daha sürətlə yayılır. 2003-cü ildə Slammer “soxulcanı” 10 dəqiqə ərzində 75 min kompyuter yoluxdurmuşdu.

1999-cu ildə ilk dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. Melissa virusu on minlərlə kompyuteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu. Bu insidentdən sonra dünyada antivirus proqramlara böyük tələb yarandı. 2000-ci ilin mayında Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompyuteri yoluxdurmuş I Love You! virusu təzələdi. Praktik olaraq virusla “yoluxdurmaq” mümkün olmayan fayl növü qalmamışdır. Artıq mobil telefonları və proqram təminatından istifadə edən digər qurğuları yoluxduran viruslar da sürətlə yayılır.

Virus müəllifləri təkcə texnoloji zəifliklərdən deyil, “psixoloji” zəifliklərdən də istifadə edirlər. Tədqiqatlar göstərmişdir ki, Anna Kournikova, Sean Connery, Julia Roberts, Elvis Presley Lives, Explicit Hot Porn kimi viruslardan əziyyət çəkmiş hər beşinci İnternet istifadəçisi edilmiş xəbərdarlıqlara baxmayaraq həmin adlı qoşma faylları açmışdılar.

Virus proqramların məqsədi

Virus proqramları 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünütəsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Asembler proqram dilində yazılır.

Resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.

Antivirus proqramları

Antivirus proqramları - kompyuter viruslarından mühafizə üçün xüsusi proqramlardır.

Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir.

Viruslarla mübarizə proqramlarının bir neçə növü var - skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar.

Skanerlər- Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır. Məlum virusların axtarışı üçün «maska»lardan istifadə edilir. Virusun maskası konkret virus üçün spesifik olan müəyyən sabit kodlar ardıcıllığıdır. Bir çox skanerlərdə həmçinin «evristik skanlama» alqoritmlərindən istifadə edilir, yəni yoxlanan obyektdə komandalar ardıcıllığı analiz edilir, müəyyən statistika toplanır və hər bir yoxlanan obyekt üçün qərar qəbul edilir («ola bilsin yoluxub» və ya «yoluxmayıb»).

Disk müfəttişləri- Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb.

-Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).

İmmunizatorlar- İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hər hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı var - stels-virusla yoluxma barədə məlumat verməyə qabil deyil. Buna görə bu immunizatorlar hazırda praktikada istifadə edilmir. İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompyuterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.

Populyar antivirus proqramları

Dr. Solomon, Norton AntiVirus, Doctor Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32.

Mühafizəçi proqramlar - RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Monitor.

Yuxarıda da qeyd olunduğu kimi hər bir proqramın öz funk-siyaları var. Bəzən bu proqramların funkusiyalarını bilməmək çoxsaylı səhvlərə gətirib çıxarır. Texnologiya əsrinin bizə verdiyi unikal imkanlar, təəssüf ki, bəzi hallarda bizi risklərdən sığortalamır. Baş verəcək risklərdən sığortalanmaq hər birimizin öz əlindədir.

Rabitə dünyası.- 2008.- 21 avqust.- S. 11.