İlyasov V.
Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının
inkişafına
görə MDB-də birincidir
İndiki zamanda
informasiya və kommunikasiya texnologiyaları hər bir
ölkənin və xalqın intellektual səviyyəsini
müəyyənləşdirən, sosial-iqtisadi və mədəni
inkişafa təkan verən mühüm amil kimi qiymətləndirilir.
Son on beş ildə müasir informasiya texnologiyalarının
tətbiqi və onların inkişaf etdirilməsi
dövlətimizin qarşısına qoyduğu başlıca
vəzifələrdən sayılır.
Ümummilli liderimiz
Heydər Əliyevin 17 fevral 2003-cü il tarixdə imzaladığı
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya (2003-2012-ci illər)"
müasir informasiya texnologiyalarının tətbiqinə
ölkəmizdə geniş meydan açdı. Ancaq qeyd edilməlidir
ki, 1994-cü ilin 20 sentyabrında ulu öndərin siyasi
iradəsi ilə bağlanan "Əsrin müqaviləsi"
rabitə və informasiya texnologiyalarının Azərbaycana
tətbiqində nəzərəçarpacaq
irəliləyiş gətirmişdir.
"Milli Strategiya"ya
uyğun olaraq informasiya və kommunikasiya texnologiyaları
sahəsində qanunvericilik bazasının
möhkəmləndirilməsi üçün bir
neçə qanun-poçt və rabitə haqqında, informasiya
təhlükəsizliyi, elektron sənəd və imza,
tele-kommunikasiya haqqında qanunlar Milli Məclis
tərəfindən qəbul edildi.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında respublika rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasovun
çıxışında bildirilir ki, Azərbaycanda
informasiya və kommunikasiya texnologiyalarının
sürətli inkişafının təmin edilməsi,
ölkəmizin bu sahədə əlverişli tranzit
dövlətə çevrilməsi, regionda lider olması
üçün ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilir.
Nazir Əli Abbasoy
fərəh hissi ilə söylədi ki, bu il Davosda
keçirilən Ümumdünya İqtisadi Forumu öz
texnoloji hesabatında Azərbaycanı İKT-nin inkişaf
səviyyəsinə görə MDB ölkələri
arasında birinci yerə çıxarmışdır. Belə
yüksək qiymətin arxasında təkcə İKT sektorunun
və informasiya strukturunun inkişafı yox, həmçinin
son illər İKT-nin ölkəmizin sosial-iqtisadi
inkişafının bütün istiqamətlərində
kütləvi tətbiqi və istifadəsi durur. Bununla
belə, İKT-nin Azərbaycanda prioritet sahə olmasını,
dünya iqtisadiyyatında sürətlə
genişlənməsini və onun lokomotivinə
çevrilməsini nəzərə alaraq, ölkəmizdə
yüksək texnoloji tutumlu və yüksək rəqabətli
iqtisadiyyatın qurulmasında İKT-nin rolunu artırmaq üçün
hazırda regional əhəmiyyətli bir neçə
layihə hazırlanmışdır və onların həyata
keçirilməsi vacib hesab olunur.
Ölkəmizdə
kosmik sənayenin inkişafı üçün iki
telekommunikasiya süni peykinin orbitə çıxarılması
məqsədilə texniki-iqtisadi əsaslandırma və
kontraktlar tərtib edilmişdir. Hər iki layihə kommersiya
tiplivə rentabellidir. Həmin layihələrin reallaşması
Azərbaycanın beynəlxalq kosmik bazara
çıxışını təmin edəcəkdir. Əgər
layihənin reallaşmasına bu ilin sentyabr-oktyabr aylarından
gec olmayaraq başlanarsa, onda 2010-cu ildə birinci, 2011-ci
ildə isə ikinci süni peyk orbitə çıxarıla
bilər.
Sahədə ikinci
irihəcmli layihə ölkəmizdə "Regional innovasiya
zonası" adlı texnoloji tutumlu məhsul və
xidmətlər istehsalını və ixracını təmin
edən genişmiqyaslı xüsusi iqtisadi zonanın yaradılmasıdır.
Daha bir layihə region ölkələrinin və müvafiq
beynəlxalq təşkilatların diqqətini cəlb edən
Qərblə Şərq arasında super informasiya
magistralının layihəsidir. Bu magistral iKT-nin yüksək
tərəqqisinə malik olan iki nəhəng regionu- Qərbi
Avropanı və Sakit okean hövzəsində olan
Şərqi Asiyanı birləşdirərək magistral
üzərində yerləşən, qonşu olan və
həmin regionlarla müqayisədə zəif inkişaf
etmiş təxminən 20 ölkəni əhatə
edəcəkdir. Mütəxəssislərin rəyinə
görə, bu layihənin həyata keçirilməsi
dünya miqyasında informasiya texnologiyalarının
genişmiqyaslı tətbiqinə və ümumiyyətlə,
regional iqtisadi inkişafa yeni təkan verəcəkdir.
Fərəhli faktdır ki, layihənin
təşəbbüskarı Azərbaycandır və o,
ölkələr və aidiyyəti beynəlxalq
təşkilatlar tərəfindən müdafiə olunur.
Nazirlər Kabinetinin 2008-ci
ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş iclasında
ölkəmizdə kompüter və informasiya
texnologiyalarının inkişafı prosesinin aktiv fazaya daxil
olduğu təsdiqlənmişdir. Bu, təsadüfi deyil
və Azərbaycanın gələcək inkişaf perspektivləri
ilə bağlıdır.
İndiki dövrdə
hər bir istənilən dövlətin tərəqqisi
yalnız təbii sərvətlərlə deyil, eyni zamanda informasiya
və kommunikasiya texnologiyalarının dinamik inkişafı
ilə şərtlənir. Ölkəmizdə həyata
keçirilən davamlı tədbirlər bu sahənin
çevrilməsinin əyani sübutudur. Azərbaycan
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi,
genişləndirilməsi və daha da inkişaf etdirilməsi
sahəsində dünyanın qabaqcıl ölkələri
sırasında aparıcı yerlərdən birini
tutacaqdır, belə düşünməyə
dövlətimizin bu sahəyə göstərdiyi
yüksək qayğı və diqqət əsas verir.
Respublika.- 2008.- 20 avqust.- S. 2.