Standartlaşdırma üzrə "İnformasiya-kommunikasiya
texnologiyaları"
Texniki Komitəsi yaradılmışdır
İnformasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində beynəlxalq və
regional standartlara uyğun milli standartların yaradılması
və digər müvafiq tənzimləyici normativ
sənədlərin işlənilməsi, onlardan istifadənin
effektivliyinin artırılması, beynəlxalq və
dövlətlərarası standartlaşdırma
işlərində iştirak edilməsi məqsədi ilə
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
və Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Agentliyinin (SMPDA) baş direktoru Ramiz
Həsənovun birgə əmri ilə, Standartlaşdırma
üzrə, "İnformasiya-kommunikasiya texnologiyaları"
Texniki Komitəsi (TK) yaradılmışdır. TK-nın baza
təşkilatı kimi Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi
(MHM) müəyyən olunmuşdur. Texniki Komitənin sədri
Rabitə və informasiya texnologiyaları nazirinin müavini
Elmir Vəlizadə təyin edilmişdir. MHM-in direktoru Nail
Mərdanov və SMPDA-nın Standartlaşdırma şöbəsinin
müdiri Məzahir Səmədzadə TK-nın sədr
müavinləri, MHM-in İnsan resursları və hüquq
şöbəsinin müdiri Xalid Mikayılov isə TK-nin
məsul katibi təyin olunmuşdur.
Qeyd edək ki,
hazırda TK-ya üzv olacaq təşkilatların və nümayəndələrin
siyahısı formalaşdırılır. TK-nin
fəaliyyətinə metodiki köməklik və
əlaqələndirmənin təmin edilməsi RİTN-in
Strateji planlaşdırma və elmi potensial şöbəsinə
həvalə edilmişdir.
Rabitə dünyası.- 2008.- 8 avqust.- S. 9.