Altıağac Milli Parkı zəngin fauna florası ilə seçilir

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22- Altıağac Milli Parkında olmuşdur.

Buraya toplaşan meşə təsərrüfatı işçiləri dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.

Bu park Prezident İlham Əliyevin sərəncamı ilə 2004-cü il avqustun 31-də Xızı və Siyəzən rayonlarının ərazilərində - Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan Dövlət Meşə Fondu torpaqlarının bazasında yaradılmışdır. Ərazinin 90,5 faizini palıd, fıstıq vələs ağaclarının üstünlük təşkil etdiyi, zəngin flora faunası olan dağ meşələri təşkil edir.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi, fotostendlərə baxdı.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov dövlətimizin başçısına məlumat verdi ki, parkın ərazisi 11 min 35 hektardır. Parkda MDB məkanında, o cümlədən Qafqaz regionunda yeganə olan Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası da fəaliyyət göstərir.
 

Xalq qəzeti.- 2008.- 23 avqust.- S. 3.