göl Milli Parkı füsunkar gözəlliyə malikdir

 

Doğma Azərbaycanın füsunkar, özünəməxsus təbiəti var. Bu təbiət göz oxşayır, insanlarda fərəh doğurur. Amma bütün canlılar kimi, təbiət qayğı məhəbbət sevir.

Ölkəmizdə olan qiymətli, nadir təbiət incilərinin mühafizəsi, qorunması və bərpası sahəsində bir sıra direktiv sənədlər qəbul edilmişdir. Ağcabədi Beyləqan rayonlarının inzibati ərazilərində göl Milli Parkının yaradılması ana təbiətə dövlət qayğısının konkret nümunəsidir. göl Milli Parkının direktoru M.Hüseynov bu nadir təbiət guşəsinin tarixi haqqında məlumat verərək deyir:

- 1964-cü ildə 9173 hektar sahədə Ağ göl Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. 1978-ci ildə gölün 4400 hektara bərabər olan su ərazisinə qorunmaq statusu verilmiş bura göl Dövlət Qoruğuna çevrilmişdir. 2003-cü ildən isə qoruğun sahəsi genişləndirilərək 17924 hektara çatdırılmış bura Milli Park elan edilmişdir. Bununla da Azərbaycanın nadir flora faunasının qorunub gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli addım atılmışdır.

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların, digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. gölün qorunmasının beynəlxalq əhəmiyyəti var. Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı siyahı"sına Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.

Ağ göl həm də miqrasiya edən quşların qışlama yeridir. Burada dünya və Azərbaycan Respublikasının "Qırmızı kitabı"larına adları düşmüş filaminqo, turac, soltan toyuğu, kiçik qarabatdaq və digər quşlar məskunlaşır.

Milli Parkın böyük əhəmiyyəti var. Parkın işçiləri buradakı təbiət komplekslərinin, nadir etalon təbiət ərazilərinin, tarix-mədəniyyət obyektlərinin qorunub gələcək nəsillərə çatdırılması üçün zəruri tədbirlər görürlər. Eyni zamanda, burada turizm istirahət üçün, təbiəti mühafizənin ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq tətbiq etmək üçün yaxşı şərait yaradılmışdır. Milli Park əhalinin ekoloji maarifləndirilməsi baxımından da olduqca əhəmiyyətlidir bu istiqamətdə parkda xeyli görülür. Ərazidə vaxtaşırı olaraq ekoloji monitorinqlər keçirilir, zədələnmiş təbiət kompleksləri obyektlər əsl vətəndaş qayğısı ilə bərpa olunur.

Milli Parkda turizm fəaliyyətilə məşğul olmaq üçün geniş imkanlar var. Milli Parkın fəaliyyəti daim dövlət tərəfindən dəstəklənir. Təbiəti qorumaqla, biz cəmiyyətimizin gələcəyini, onun saflığını qorumuş oluruq.

Azərbaycan
.- 2008.- 14 avqust.- S. 2.