Bri­ta­ni­ya­da Azər­bay­can Fan Klu­bu­nun əsa­sı­nı qo­yul­du

 

SİA-ya ve­ri­lən mə­lu­ma­ta gö­rə, Azər­bay­can­lı Gənc­lər Klu­bu­nun tə­şəb­bü­sü ilə Lon­don Azər­bay­can Evin­də top­la­nan gənc­lər, Bri­ta­ni­ya­da Azər­bay­can Fan Klu­bu­nun (Azər­bai­jan Fan Club in UK ) əsa­sı­nı qoy­du­lar. Bri­ta­ni­ya­da ke­çi­ri­lə­cək id­man, mu­si­qi, in­cə­sə­nət di­gər ya­rış­lar­da iş­ti­rak edə­cə­yi təq­dir­də, Azər­bay­ca­na dəs­tək məq­sə­di­lə qu­rul­muş Fan klub, əsa­sən, Bri­ta­ni­ya­da təh­sil alan ya­şa­yan azər­bay­can­lı gənc­lər­dən iba­rət ola­caq. La­kin bu­na bax­ma­ya­raq Fan klu­bu­na üzv­lük Azər­bay­ca­na dəs­tək ver­mək is­tə­yən hər kəs üçün açıq­dır. Gö­rüş­də Fan klu­bu üzv­lə­ri­nin üzv­lük kart­la­rı ilə tə­min olu­na­ca­ğı da ra­zı­laş­dı­rıl­dı. Azər­bay­can Fan Klu­bu­nun Azər­bay­ca­na dəs­tək ve­rə­cə­yi ilk ya­rış­ma isə bu il sent­yab­rın 6-da Kar­dif şə­hə­ri Mil­len­ni­um Sta­dio­nun­da 2010-cu il Dün­ya Çem­pio­na­tı seç­mə mər­hə­lə­si çər­çi­və­sin­də ke­çi­ri­lə­cək Uels-Azər­bay­can fut­bol qar­şı­laş­ma­sı ola­caq. Bu məq­səd­lə Bri­ta­ni­ya­da­kı Azər­bay­can sə­fir­li­yi sta­di­on­da azər­bay­can­lı azar­keş­lə­rin bir yer­də ol­ma­sı məq­sə­di­lə mü­fa­viq say­da bi­let si­fa­riş et­miş­dir. Bun­dan baş­qa, Azər­bay­can sə­fir­li­yi­nin dəs­tə­yi ilə Kar­dif şə­hə­ri­nə ge­də­cək azar­keş­lə­ri apar­maq üçün av­to­bus­lar da tu­tu­la­caq. Qar­şı­laş­ma­da Azər­bay­ca­na ef­fekt­li dəs­tək ver­mək məq­sə­di­lə Azər­bay­can sə­fir­li­yi Fan klu­bu üzv­lə­ri­ni Azər­bay­can bay­raq­la­rı ilə tə­min edə­cək.

 

Səs.- 2008.- 7 avqust.- S. 14.