Diyarşünaslıq muzeyi Xızının qədim tarixindən xəbər verir

 

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 22-də Xızı Tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak etmişdir.

Muzeydə 300 eksponat toplanmışdır. Burada Xızının qədim tarixindən xəbər verən arxeoloji tapıntılar, qədim silahlar, xalq sənətinə aid nümunələr, məişət əşyaları, musiqi, kənd təsərrüfatı alətləri diqqəti cəlb edir. Muzeydə Xızıda doğulub boya-başa çatan Azərbaycanın görkəmli yazıçısı dramaturqu Cəfər Cabbarlının yaşadığı evin maketi nümayiş etdirilir.

Bildirildi ki, sakinlər yeni yaradılan muzeyə müxtəlif əşyalar təqdim edirlər. Bu rayon Xızır peyğəmbərin adını daşıdığından Azərbaycanın müqəddəs guşələrindən biri sayılır.

Prezident İlham Əliyev Xızı təbiətinin zənginliyini və qədim tarixini əks etdirən eksponatlara baxdı. Dövlətimizin başçısı qədim əşyaların bir yerdə toplanmasının zəruriliyini, tariximizə diqqətin artırılmasının vacibliyini vurğuladı müvafiq tövsiyələrini verdi.

 

Azərbaycan.- 2008.- 23 avqust.- S. 3.