Heydər Əliyev muzeyinin açılışı
Avqustun 22-də
Xızı şəhərində xalqımızın
ümummilli lideri Heydər Əliyevin adını
daşıyan muzeyin təntənəli
açılışı olmuşdur.
Azərbaycan Prezidenti
İlham Əliyev muzeyin açılışında
iştirak etmişdir.
Dövlətimizin başçısı
rəmzi açılışı
bildirən lenti kəsdi və muzeylə tanış oldu. Bildirildi ki, 2007-ci ilin may ayında tikintisinə başlanılmış
muzey hazır olduqdan sonra, avqustun 1-dən Mədəniyyət və
Turizm Nazirliyində qeydiyyata alınmışdır.
Ekspozisiya salonunda ulu
öndərin həyatının müxtəlif
mərhələlərini - uşaqlıq, gənclik
dövrünü, müxtəlif vəzifələrdə
çalışdığı, respublikaya rəhbərlik etdiyi
illəri, Prezident kimi səfərlərini, keçirdiyi
görüşləri əks etdirən yüzlərlə
fotoşəkil, eləcə də dahi şəxsiyyət
haqqında yazılmış müxtəlif kitablar
toplanmışdır. Burada ulu öndərin büstü də qoyulmuşdur. Binada kompüter, iş otaqları, konfrans salonu da vardır.
Uşaq və gənclər burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videofilmlərə
də baxa biləcəklər.
Azərbayacan.- 2008.- 23 avqust.- S. 2.