Muzeylərin rejimində dəyişiklik edilib

 

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin sərəncamına əsasən əhalinin bütün təbəqələrinin, xüsusilə də turistlərin Bakı şəhərində yerləşən və nazirliyin tabeçiliyində olan beş aparıcı muzeyin ekspozisiyaları ilə tanışlıq imkanlarının genişləndirilməsi məqsədilə  muzeylərin iş rejimində dəyişiklik edilib.

Bu barədə nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Bu il avqustun 15-dən noyabrın 1-dək Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi    Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinin ekspozisiya və kütləvi şöbələri hər gün saat 10.00-dan 19.00-dək,  istirahət və   bayram   günləri isə saat 10.00-dan  20.00-dək  fəaliyyət göstərəcək.

 

Səs.- 2008.- 8 avqust.- S. 16.