Neft muzeyinin dizayn-layihələrinə həsr
olunmuş növbəti
toplantı keçirilmişdir
Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətindən (ARDNŞ) AzərTAc-a bildirmişlər ki, avqustun 16-da şirkətin inzibati binasında Prezident İlham Əliyevin “Bakı şəhərində
neft muzeyinin yaradılması haqqında”
Sərəncamına uyğun
olaraq, dizayn-layihə konsepsiyası üzrə müsabiqə
komissiyasının iclası
keçirilmişdir.
Komissiyanın
iclasında 2008-ci il avqustun 1-dək təqdim olunmuş
təkliflər müzakirə edilmişdir. Konsepsiya layihəsinin heç biri texniki tələblərə
uyğun gəlmədiyi
üçün qəbul
olunmamışdır.
Komissiya
müsabiqənin müddətinin sentyabrın 10-dək
uzadılması barədə qərar qəbul etmişdir. Bildirilmişdir ki, həmin
müddətdə həm
hazırkı iştirakçıların,
həm də digərlərinin yeni layihələri dizayn-layihə konsepsiyası üzrə beynəlxalq komissiyaya təqdim oluna bilər.
Xalq qəzeti.- 2008.- 17 avqust.- S. 3.