9 ölkədə Azərbaycan mədəniyyət günləri keçiriləcək

 

2009-cu ildə Bakının islam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı tədbirlərə gələn il fevralın ortalarından etibarən start veriləcək. APA-nın məlumatına görə, bunu yurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bir il müddətində maraqlı mədəniyyət proqramları həyata keçiriləcək: "Biz gələn il Azərbaycana çoxlu qonaqların gəlməsini gözləyirik. Azərbaycanın siyasi iqtisadi durumu bundan da yaxşı olacaq. Bu tədbirlər çərçivəsində isə bir sıra islam ölkələri ilə əməkdaşlıqlar qurulacaq". Ə.Qarayev 2009-cu ildə 9 ölkədə Azərbaycan mədəniyyət günlərinin keçiriləcəyini açıqlayıb.

 

Kaspi.- 2008.- 24 dekabr.- S. 3.