Mədəniyyətlərarası dialoq sülhə xidmət edir
Kompendium
layihəsinin milli müəlliflərinin illik
yığıncağının 10 illik yubileyinə yekun vuruldu
Kompendium
layihəsinin milli müəlliflərinin illik
yığıncağı "Avropada Mədəniyyət
siyasəti: əsas faktlar və meyillər" Avropa
Şurası və ERİCarts institutunun birgə layihəsinin
10 illik yubileyinə həsr olunmuş iclasa yekun vuruldu. Layihə
mədəniyyət siyasəti vasitələri, əsas
fəaliyyət və debatlar və Avropada mədəni
meyillərlə bağlı yeganə informasiya və monitorinq
sistemlərini özündə birləşdirir.
"Mədəniyyətlərarası
dialoq üzrə Ağ kitab"ın qəbulundan bir
neçə ay sonra təşkil olunan və 2005-ci ildə
baş tutan dövlət və hökumət başçılarının
üçüncü sammiti, həmçinin,
mədəniyyətlərarası dialoqun inkişafı
üzrə "Faro Strategiyası"nın
implementasiyasının davamı olan
"Mədəniyyətlərarası dialoq Avropa və ona
qonşu regionlarda sülhün və davamlı
inkişafın əsasıdır" mövzusuna həsr
olunmuş mədəniyyət nazirlərinin konfransından
dərhal sonra başlanacaq Kompendium layihəsi milli
müəlliflərinin illik görüşü nazirlər
səviyyəsində insan hüquqları, demokratiya və
mədəniyyətlərarası dialoq və
mədəniyyət siyasəti ilə qanunların idarə
olunması haqqında qəbul edilmiş sənəd və
qərarların müzakirəsi və həyata
keçirilməsi üçün mühüm imkanlar
təklif edir.
Azərbaycanın
coğrafi mövqeyindən asılı olaraq və onun
regionlararası xüsusiyyətlərinə, sosial - siyasi
cəhdlərinə, tarixi - mədəni
ənənələrinə əsaslanaraq, bu regionun tarixi
baxımdan Şərqlə Qərb, həmçinin, Cənub
- Şimal arasında körpü, eyni zamanda, Avropa
Şurası və İSESCO kimi hər iki təşkilata
üzv olan yeganə ölkə olmasını
nəzərə alaraq, böyük sivilizasiyaları
yaxınlaşdırmaq müasir Azərbaycan
Respublikasının özünəməxsus
missiyasıdır və biz bunu "Bakı Prosesi"
adlandırırıq.
"Bakı
Prosesi" çərçivəsində Avropa
Şurasının Mədəniyyət, mədəni və
təbii irs üzrə direktoru və Azərbaycan
Mədəniyyət və Turizm nazirinin qərarına
əsasən Bakı Kompendium müəllifləri layihəsi
milli müəlliflərinin illik görüşünə
İSESKO üzv dövlətlərindən bir neçə yüksək
vəzifəli tədqiqatçılar da dəvət
edilmişdi. Bunun əsas səbəbi
isə "Avropada Mədəniyyət siyasəti:
əsas faktlar və meyillər" Layihəsinin əhatə dairəsini genişləndirmək
və mədəni-siyasi tədqiqatlar haqqında qlobal şəbəkəni inkişaf
etdirmək, həmçinin,
mədəniyyətlərarası dialoqlara yeni yanaşmaları və gələcək transmilli
əməkdaşlıqlar üçün
imkanları tədqiq etməkdən ibarətdir.
Kompendiumun
10 illiyinin qeyd olunması ilə bağlı
yığıncaqda Azərbaycan Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev, Avropa Şurası Təhsil
və irs, gənclər və idman üzrə baş direktoru
Qabriella Battaini-Dragoni, ERICarts İnstitutunun prezidenti Ritva
Mitchell, Kompendium Müəllifləri Birliyinin
nümayəndəsi Milena Dragicevic-Sesic və başqaları
iştirak edirdi.
Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq
əlaqələr və mədəniyyət proqramları
şöbəsinin beynəlxalq təşkilatlarla
əməkdaşlıq, proqramlar sektorunun müdiri Yaşar Hüseynli
araşdırma məqaləsinin prezentasiyası:
"Mədəniyyət siyasəti Konseptualizasiyası
Problemləri və onun Azərbaycanda həlli yolları",
Avropa Şurasının Mədəniyyət siyasəti,
Müxtəliflik və Dialoq bölməsinin müdiri
xanım Katrin Merkle, ERİKarts İnstitutu və Avropa Şurasının
Mədəniyyət, mədəni və təbii irs
üzrə direktoru cənab Robert Palmer "Qlobal Maliyyə
Böhranları və onun mədəniyyət və
mədəni sənayelərə gələcək
təsiri" və başqaları müxtəlif mövzular
ətrafında çıxış etdilər. Kompendium Birliyi və onun bir
sıra ekspertlərinin
mədəniyyət nazirlərinin
konfransında müəyyənləşmiş
fəaliyyətlərin həyata
keçirilməsinə verə
biləcəkləri töhfələrlə
bağlı açıq
müzakirələr apardılar.
İclasın
sonunda Sevda Məmmədəliyeva bağlanış nitqi
ilə çıxış etdi.
Səs.- 2008.- 6 dekabr.- S. 12.