Mixail Şvıdkoy: "Azərbaycanı bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi adlandırmaq olar"

 

"Azərbaycan Avropa ilə Şərq mədəniyyətləri arasında körpü rolunu oynayır. Bu mənada Azərbaycanı bir çox mədəniyyətlərin kəsişmə nöqtəsi adlandırmaq olar. Bu ölkədə müxtəlif mədəniyyət dinlərin nümayəndələri azad şəkildə bir yerdə yaşayırlar bu baxımdan Bakıda keçirilən mədəniyyətlərarası dialoq mövzusunda konfrans çox əlamətdar hadisədir". Bu açıqlamanı APA-ya Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy verib. O, Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa onun qonşu regionlarında davamlı inkişafın sülhün əsasıdır" mövzusunda keçirilən beynəlxalq konfransın bir neçə baxımdan əlamətdar olduğunu vurğulayıb: "Bu tədbirə Avropa cəmiyyətinin nümayəndələri ilə yanaşı islam ölkələrinin təmsilçiləri qatılıblar. Mədəniyyətlərin, sivilizasiyaların dialoqu mövzusu çox aktualdır. Bakı konfransına qədər Avropa Şurasında bu qədər rəngarəng tərkibdə görüşlər keçirilməyib".
   

525-ci qəzet.- 2008.- 4 dekabr.- S. 7.