Samirə

 

Bakı Bəyannaməsi qəbul edildi

 

Əbülfəs Qarayev: "Mühüm olan odur ki, bu prinsiplər kağız üzərində qalmasın"

 

"Bu bəyannamə ölkələr arasında mədəniyyətlərarası dialoqun inkişafına təkan verdi. Mühüm olan odur ki bu prinsiplər kağız üzərində qalmasın"

 

Dekabrın 2- Bakıda öz işinə başlayan "Mədəniyyətlərarası dialoq Avropa onunla qonşu regionlarda davamlı inkişafın sülhün əsasıdır" Avropa Şurasına üzv dövlətlərin mədəniyyət turizm nazirlərinin konfransında Bakı Bəyannaməsi qəbul edilib.

Sənəddə iştirakçı ölkələrin mədəniyyət məsələlərinə məsul şəxsləri mədəniyyətlərin müxtəlifliyinə yanaşmaya dair vahid prinsipləri təsdiqləyiblər. Bu prinsiplərə ölkələrin daxilində ölkələr arasında mədəniyyət müxtəlifliyinin bəşəriyyətin ümumi irsi kimi təsdiqlənməsi, iştirakçı ölkələrin mədəni yaradıcılığa zəmin yaradan dayanıqlı iqtisadi, sosial şəxsi inkişafa töhfə verməyə razı olması, insan haqları, demokratiya hüquqi normalar baxımından beynəlxalq əməkdaşlıq üçün vacib olan mədəniyyətlərarası dialoqun daim inkişaf etdirilməsinin təmin edilməsi, milli, regional yerli səviyyədə mədəniyyət siyasətlərinin rolunun, əhəmiyyətinin onların mədəniyyətlərarası dialoqun inkişafına köməyinin təsdiqlənməsi digər məsələlər aid edilib.

Sənədə əlavə olaraq mədəniyyətlərarası dialoqun inkişafı üçün fəaliyyət formaları da qəbul olunub. Bu fəaliyyət formalarına Avropa Şurasına üzv dövlətlərdən savayı digər dövlətlər tərəfdaşlarla mədəniyyətlərarası dialoq üzrə gələcək fəaliyyət vasitəsi kimi "Mədəniyyətlərarası dialoqa dair Kitab" müqabilində müvafiq mətnlərin yayılması, Avropa Şurası konfransda iştirak edən müxtəlif maraqlı tərəflər arasında Bakıda qəbul edilən fikir prosesini davam etdirmək məqsədilə birgə ekspert iclaslarının təşkili, dialoqa, sülhə davamlı inkişafa kömək etmək üçün birgə mədəniyyət və bədii layihələr haqqında təşəbbüslərin qəbul edilərək gerçəkləşdirilməsi, islam ölkələri Təhsil, Elm, Mədəniyyət Təşkilatı (İSESCO) ilə konkret fəaliyyətləri həyata keçirməklə Avropa Şurasının standart dəyərləri əsasında mədəniyyətlərarası dialoqa dayaq olmaq üzrə gələcək planların nəzərə alınması daxildir.

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev: "Bu bəyannamə ölkələr arasında mədəniyyətlərarası dialoqun inkişafına təkan verdi. Mühüm olan odur ki bu prinsiplər kağız üzərində qalmasın".

Konfransda iştirak edən Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Avropa Şurasının təhsil, mədəniyyət, irs, gənclər və idman Direktorluğunun baş direktoru Qabriela Batani-Drakoni, Çexiyanın mədəniyyət nazirinin müavini Frantişek Mikel Bakı konfransının əhəmiyyətini və hətta fenomenallığını bir daha vurğulayaraq ölkəmizin Qərblə Şərq arasında körpü missiyasını uğurla yerinə yetirdiyini, konfransın məhz Bakıda təşkil edilməsində məqsədin bu keyfiyyətləri dünyaya nümayişləmək olduğunu, Bakı Bəyannaməsindən böyük nəticələr gözlədiklərini deyiblər. Bakı Bəyannaməsini imzalayan ölkələrin mədəniyyət turizm nazirləri Bakı konfransının Avropa onunla qonşu dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çox gözəl imkanlar təklif etdiyini nəzərə alaraq açıq dialoq fikir mübadiləsinə şərait yaratdığına, qonaqpərvərliyə təşkilati məsələlərin yüksək səviyyədə həll edilməsinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.

 

Həftə içi.- 2008.- 4 dekabr.- S. 6.