Mədəniyyətlər
Bakıda çulğaşdı
Oljas
Süleymenov: "Azərbaycan
xalqına məxsus mədəni abidələrin
dağıdılması vəhşilikdir"
Həm
siyasət, həm də iqtisadiyyat mədəniyyətə söykənməlidir.
Yalnız bu halda dünyamiqyaslı böhranlardan yayınmaq
mümkündü.
Dünən
Bakıda Azərbaycan hökuməti və Avropa
Şurasının (AŞ) birgə
təşkilatçılığı ilə
"Mədəniyyətlərarası dialoq - Avropa və
qonşu regionlarda sülhün, davamlı inkişafın
əsasıdır" mövzusunda beynəlxalq konfrans öz
işinə başladı.
Mədəniyyət
və Turizm Nazirliyinin məlumatında qeyd olunur ki, bu,
iştirakçıların tərkibi, əhatə etdiyi
regionlar və miqyasına görə Avropa və islam
ölkələrinin tarixində
mədəniyyətlərarası dialoq mövzusunda ilk
beynəlxalq tədbirdir. Avropa Şurasının tarixində
ilk dəfədir büronun iclası katiblikdə deyil, quruma üzv olan ölkədə təşkil edilir. Ümumilikdə tədbirdə
10 beynəlxalq təşkilatın
rəhbəri və
16 nazir iştirak edəcək.
Mətbuat
konfransında mədəniyyət və turizm naziri
Əbülfəz Qarayev qeyd etdi ki, uzun fasilədən sonra
mədəniyyət nazirlərinin konfransının Bakıda
baş tutması mühüm əhəmiyyət
daşıyır. Nazir vurğuladı ki, tədbirdə müsəlman
ölkələrinin nümayəndələrinin
də təmsil olunması yenilikdir. Ə.Qarayev: "Konfrans zamanı müzakirə olunacaq mövzular və qəbul ediləcək bəyanatlar, sənədlər,
müraciətlər növbəti
illərdə Avropa məkanında geniş mübadiləyə əsas
verəcək".
Konfransın
fəxri qonağı olan Avropa Şurasının baş
katibi Terri Devis belə mühüm tədbirin Azərbaycan
üçün Avropadakı qonşuları ilə
münasibətdə yeni və gözəl imkan
yaratdığını qeyd etdi. O, Azərbaycanın
bu kimi əhəmiyyətli
işi öhdəsinə
götürməsini vacib
təşəbbüs hesab
etdiyini dedi.
İçərişəhərdə
aparılan rekonstruksiya işlərini şərh
edərkən T.Devis qeyd etdi ki, Bakı canlı və
inkişaf edən, qədim şəhərlərdəndir. T.Devis: "Lakin burda qədim şəhərlərdə olduğu
kimi, tarixi abidələrlə, tikililərlə
yeni inşaat işləri, modern üslub arasında balansı qoruyub-saxlamaq lazımdır".
Konfrans
çərçivəsində İSESKO-nun baş direktoru
Əbdüləziz bin Osman əl-Tüveycri Terri Devisə
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqun inkişafındakı böyük
xidmətlərinə görə İSESKO-nun qızıl
medalını təqdim etdi.
Konfransda
çıxışı zamanı isə əl-Tüveycri
dedi: "Bu konfrans mədəniyyətlərarası
məsələləri müzakirə etmək
üçün çox yaxşı imkandır və
Qərblə Şərqin mədəniyyətlərinin
birləşməsindən ötrü körpü rolunu oynaya
bilər. Konfrans sübut
edir ki, cinsindən, inamından və milliyyətindən asılı olmayaraq bütün insanlar bərabərdirlər, azad
yaşamaq hüququna eyni dərəcədə
malikdirlər. Biz dünya xalqlarını birləşməyə çağırırıq.
Yalnız bu yolla daha intensiv
inkişaf yoluna qədəm qoya bilərik".
İSESKO
tarixi abidələrin monitorinqini aparmaq üçün
Dağlıq Qarabağa missiya göndərilməsinə
tərəfdardır. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri:
"Dağlıq Qarabağda
baş verənlər
beynəlxalq hüquqa
ziddir. Orada abidələr məhv edilib. Təcavüz hər zaman qınağa tuş gələcək. Biz susmamalıyıq. Faktaraşdırıcı
missiya abidələrin
ermənilər tərəfindən
dağıdılmasına əmin
olandan sonra beynəlxalq ictimaiyyət və hüquq müdafiəçiləri bu
fakt barədə lazımi səviyyədə
məlumatlandırılacaqlar. Mən təəssüf edirəm ki, Ermənistan nümayəndələri
bu konfransda iştirak etmirlər. Bu hərəkətləri
ilə onlar dialoqa girmək imkanlarını əldən
veriblər...".
Konfransın
işində iştirak edən dünyaşöhrətli
yazıçı və ictimai xadim Oljas Süleymenov
jurnalistlərə açıqlamasında dedi ki, işğal
altında olan ərazilərdə Azərbaycan xalqına
məxsus mədəni abidələrin
dağıdılması vəhşilikdir. O.Süleymenov: "Burada qeyri bir fikir
ola bilməz - öz mədəniyyətini
qoruyan xalq digər xalqın maddi və mənəvi
abidələrinə də
eyni münasibəti göstərir. Dünyadakı
böhran vəziyyəti
fonunda mədəniyyətlər
arasında dialoqun baş tutması çox vacibdir. Hazırda konfransda müzakirə olunan məsələlərdən biri
ondan ibarətdir ki, həm siyasət,
həm də iqtisadiyyat mədəniyyətə
söykənməlidir. Yalnız
bu halda dünyamiqyaslı böhranlardan
yayınmaq mümkündür".
55
ölkənin müxtəlif qurum və
təşkilatlarının nümayəndələrinin
iştirak etdiyi konfrans 3 seksiyada keçirilir - "Ağ
kitabın müzakirəsi", "Siyasətin mədəni
proqramları və təşəbbüsləri: yeni
anlayışlar", "İrs və
mədəniyyətlərarası dialoq - millidən
universaladək". Konfransın 2-ci
günü Bakı deklarasiyasının qəbulu
gözlənilir. Sənəddə
Avropa Şurasına üzv ölkələrin
və islam dövlətlərinin mədəniyyət
və turizm nazirlərinin fəaliyyəti
üçün prioritet
istiqamətlər öz
əksini tapacaq. Bəyannamədə həmçinin
mədəniyyətlərin yaxınlaşması, təbliği
və mübadiləsinə
aid müddəalar əks olunacaq.
Həftə içi.- 2008.-
3 dekabr.- S. 6.