Əbülfəs Qarayev fəxri ad alan mədəniyyət incəsənət xadimlərilə görüşüb

              

             Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu ilin sentyabrında prezident İlham Əliyevin sərəncamı ilə fəxri adlara layiq görülən mədəniyyət incəsənət xadimləri ilə görüşüb. APA-nın məlumatına görə, nazir fəxri ada layiq görülən bütün mədəniyyət incəsənət xadimlərini təbrik edib: "Fəxri adların, təqaüdlərin verilməsi dövlət rəhbərliyinin mədəniyyətə göstərdiyi yüksək qayğının nəticəsidir. Bu fəxri adlardan sonra hər biriniz daha çox çalışmalısınız. Son illər ərzində Azərbaycan mədəniyyətinin inkişaf etməsi sirr deyil. Keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı yüksək səviyyədə təmsil etməyiniz olduqca böyük işdir".

              

                  Kaspi.- 2008.- 24 dekabr.- S. 15.