Şəbiyev Ş.

 

Şərq Qərbin mədəni dünyası Bakıda qovuşur

 

Paytaxtda "Azercell"in sponsorluğu ilə Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirildi

 

Dekabrın 2-3- Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirildi. "Mədəniyyətlərarası dialoq: Avropa onun qonşu regionlarında sülhün davamlı inkişafın əsasıdır" mövzusundakı bu möhtəşəm tədbir Azərbaycan Hökuməti Avropa Şurasının birgə təşkilatçılığı ilə təşkil olunub.

Baş sponsorluğu "Azercell Telekom" MMC tərəfindən həyata keçirilən bu tədbir nəinki Azərbaycan, eyni zamanda dünyanın iki fərqli qütbündə yerləşən Şərq və Qərb dövlətlərinin mədəni həyatı üçün böyük əhəmiyyətə malikdir. Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı konfransı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü xüsusi dəstəyi ilə həyata keçirilir. Konfransın geosiyasi mövqe baxımından sivilizasiyalar qovuşuğunda yerləşən Bakıda keçirilməsi Avropa Şurasının rəhbərliyi tərəfindən dəstəklənib.

Konfransın açılış sessiyasında "Mədəniyyətlərarası dialoqun ümumi əsasları" barədə fikirlər səslənib, Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında qlobal kulturoloji mövzular üzrə müzakirələr aparılıb. İki günlük tədbir zamanı beynəlxalq mədəni əməkdaşlığın ən müxtəlif aspektlərinə nəzər salınıb, Avropa qonşu regionlarda davamlı inkişafın, sülhün təmin edilməsində mədəniyyətlərarası münasibətlərin imkanları araşdırılıb. Daha sonra işçi qruplar səviyyəsində "Mədəniyyətlərarası dialoq naminə mədəniyyət sahəsində tədbirlər planı, proqramlar təşəbbüslər. Müxtəlifliyin idarə olunması üzrə yeni konsepsiyalar", "İrs mədəniyyətlərarası dialoq-hamımız birlikdə milli irsdən dünyəvi irsə" s. mövzularda müzakirələr aparılıb.

Konfransda mədəniyyətlərarası dialoqa dair Bakı bəyannaməsinin qəbul ediləcəyi gözlənilir. Bu sənəddə Avropa ilə onun qonşu regionları arasında dialoqun praktik vasitələrlə həyata keçirilməsi nəzərdə tutulur bu əməkdaşlıq prosesinin əsasının Bakıda qoyulması xüsusi qeyd olunub.

Bir sözlə, "Azercell"in dəstək verdiyi bu tədbir Avropa mədəni proseslərində yeni bir istiqamətin - "Bakı prosesi"nin əsasını qoyacaq. Bu istiqamətdə aparılacaq tədbirlər həm İslam, həm Avropa mədəniyyətini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təşviq olunması, nüfuzunun yüksəldilməsi beynəlxalq proseslərdə ölkənin əhəmiyyətinin artmasına xidmət edəcək. Azərbaycan həm Avropa Şurası, həm İSESKO-nun üzvü olan yeganə dövlət olduğundan qeyd olunan konfrans Avropa ilə İslam dünyası arasında dialoqun inkişaf etdirilməsinə, sivilizasiyalar arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verəcək.

 

Ədalət.- 2008.- 4 dekabr.- S. 6.