Bakı Qafqazın mədəniyyət paytaxtı
ola bilər
XƏbƏr verdiyimiz kimi, dekabrın 9-dan 14-dək paytaxtımızda II Rostropoviç
festivalı keçirilir.
Festivalın direktoru Mənaşir Yaqubovun fikrincə, Bakıda Rostropoviç festivalının
keçirilməsi nəinki
qanunauyğundur, həm
də Azərbaycan paytaxtının Qafqazın
mədəniyyət paytaxtı
kimi tanınması təbii olardı. M.Yaqubov: "Rostropoviçin
vətəni olan Bakı unikal, çoxmilliyyətli mədəniyyətə
və zəngin, qədim ənənələrə
malikdir. Buna görə də şəhərinizin Qafqazın
mədəniyyət mərkəzi
kimi tanınması məntiqlidir". M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında
keçirilən açılış
mərasimində çıxışı
zamanı mədəniyyət
və turizm naziri Əbülfəz Qarayev bildirdi: "Dahi bakılı, görkəmli musiqiçi
olan Mstislav Rostropoviç Festivalı
- dünya miqyasında
qiymətləndiriləcək mədəniyyət hadisəsidir.
Biz əlimizdən gələni əsirgəməyəcəyik
ki, bu festival
hər il baş tutsun". Bu gün festival çərçivəsində filarmoniyada bədii rəhbəri və baş dirijoru Teymur Göyçayev olan Gənclər Simfonik Orkestrinin və M.L.Rostropoviç Fondunun təqaüdçülərinin
və Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin solistlərinin
konsertləri nəzərdə
tutulub.
Həftə içi.- 2008.- 11 dekabr.- S. 8.