Ələddinqızı N.

 

Azər­bay­ca­nın in­ki­şafı azər­bay­can­çı­lığın tən­tə­nə­si­nə əsas­la­nır

 

Fik­rət Qo­ca: “Mə­də­niy­yət nü­mu­nə­lə­ri­nin xa­ri­ci öl­kə­lə­rə yol aç­ma­sı öl­kə­də­ki sa­bit­lik­lə əla­qə­dar­dır”

 

Azər­bay­can mil­li mə­də­niy­yə­ti­nin təb­li­ği və onun ge­niş bir mə­kan­da la­zı­mi bir sə­viy­yə­də di­nin­dən, ir­qin­dən ası­lı ol­ma­ya­raq, bü­töv­lük­də ic­ti­ma­iy­yət tə­rə­fin­dən qə­bul edi­lə­rək qiy­mət­lən­di­ril­mə­si və bir­mə­na­lı qar­şı­lan­ma­sı öl­kə­nin bu sa­hə­yə olan diq­qə­ti­nin təs­di­qi­dir. Uzun il­lər keş­mə­keş­li mə­qam­lar ya­şa­yan mil­li mu­si­qi­miz bir çox təz­yiq­lər nə­ti­cə­sin­də çə­tin­lik­lər­lə üz-üzə qal­sa da, bu pro­ses uzun sür­mə­miş, so­vet ideo­lo­gi­ya­sı­nın mil­li alət­lə­ri­mi­zə, mu­ğam­la­rı­mı­za olan mü­na­si­bə­ti onun in­ki­şa­fı­na öz tə­si­ri­ni gös­tər­miş­dir. 70 il­dən ar­tıq bir ideo­lo­gi­ya­ya mə­ruz qa­lan mil­li mə­də­niy­yə­ti­mi­zin ge­niş bir şə­kil­də təb­li­ği­nə mü­əy­yən səd­lər çə­kil­sə də, onun qey­ri-adi­li­yi bu səd­lə­ri aşa­raq, dün­ya­ya ya­yıl­mış, la­kin müs­tə­qil­lik döv­rün­də­ki ki­mi tam şə­kil­də öz qiy­mə­ti­ni ala bil­mə­miş­dir. Çün­ki bu mu­si­qi so­vet ideo­lo­gi­ya­sı­nın mü­əy­yən prin­sip­lə­ri­ni ge­niş bir şə­kil­də təb­liğ edir, Azər­bay­ca­nın mil­li-mə­nə­vi key­fiy­yət­lə­ri ikin­ci pla­na ke­çir­di.

Ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə gə­li­şi bu pro­ses­də bö­yük də­yi­şik­lik­lə­rin əl­də olun­ma­sı ilə nə­ti­cə­lən­di. Onun ira­də­si və qə­tiy­yə­ti, döv­lə­tə olan mü­na­si­bə­ti Azər­bay­can ideo­lo­gi­ya­sın­da mil­li özü­nə­dər­ki for­ma­laş­dır­mış, onun sa­hə­lə­ri­ni şa­xə­lən­dir­miş­dir. Bu pro­ses müs­tə­qil­lik döv­rün­də xü­su­si bir vü­sət al­dı. Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə qa­yı­dı­şı döv­rün­də döv­lə­ti ida­rə edən mə­lum şəxs­lə­rin sə­riş­tə­siz­li­yi nə­ti­cə­sin­də mil­li-mə­də­niy­yə­ti­miz, elə­cə də, bu sa­hə­nin qo­ru­yu­cu­la­rı olan klas­sik sə­nət­kar­la­ra olan mü­na­si­bə­tin də­yiş­kən­li­yi, mə­də­niy­yət ocaq­la­rı­nın məhv ol­ma­sı və sə­nət­kar­la­rın top­laş­dıq­la­rı mə­kan­lar­dan uzaq­laş­dı­rı­la­raq bi­na­la­rın zəbt edil­mə­si, mil­li mə­də­niy­yə­ti­mi­zin məh­vi­nə doğ­ru ad­dım idi. Qı­sa bir za­man kə­si­yin­də te­atr­la­ra, mu­ğam sə­nə­ti­nə, mu­si­qi­mi­zə olan mü­na­si­bət bü­töv­lük­də kök­lü şə­kil­də də­yiş­di və bö­yük nə­ti­cə­lər­lə sal­na­mə­lə­rə həkk olun­du. Müa­sir döv­rü­müz­də XXI yü­zil­li­yin ilk onil­li­yin­də mil­li-mad­di mə­nə­vi də­yər­lə­ri­mi­zə olan kök­lü mü­na­si­bət nə­ti­cə­sin­də Azər­bay­can mə­də­niy­yət və in­cə­sə­nə­ti dün­ya­nı fəth edir. Bu ba­xım­dan ki, Azər­bay­can mu­si­qi­si­nə gös­tə­ri­lən qay­ğı onun dün­ya­ya qa­pı aç­ma­sı­na ge­niş şə­ra­it ya­rat­dı. Mu­ğam mü­sa­bi­qə­lə­ri­nin, bəs­tə­kar­la­rın ya­ra­dı­cı­lıq ge­cə­lə­ri­nin, əsr­lə­rin ya­di­ga­rı olan abi­də­lə­rin yu­bi­ley­lə­ri­nin ke­çi­ril­mə­si və bu ki­mi müx­tə­lif məz­mun­da təd­bir­lə­rin təş­ki­li Azər­bay­ca­nın mil­li mə­də­niy­yə­ti­nin ge­niş sfe­ra­da təb­li­ği­ni təs­diq­lə­yən bir amil­dir. İl­ham Əli­yev cə­nab­la­rı­nın son il­lər­də bir-bi­ri­nin ar­dın­ca im­za­la­dı­ğı sə­rən­cam­la­rın bir ço­xun­da Azər­bay­can mə­də­niy­yət və in­cə­sə­nə­ti­nə xü­su­si yer ay­rı­lır. Mə­də­niy­yət ocaq­la­rı­nın tə­mir və bər­pa edil­mə­si, müa­sir stan­dart­la­ra ca­vab ve­rə­cək Mu­ğam Mər­kə­zi­nin ya­ra­dıl­ma­sı, Azər­bay­ca­nın müx­tə­lif böl­gə­lə­rin­də mə­də­niy­yət ocaq­la­rı­na ay­rı­lan diq­qət, mu­zey­lə­rin sa­lın­ma­sı və tə­mi­ri, or­ta ix­ti­sas mu­si­qi mək­təb­lə­ri­nin açıl­ma­sı və tə­mi­ri, bu is­ti­qa­mət­də ar­dı­cıl gö­rü­lən hər bir iş mil­li mə­də­niy­yə­ti­mi­zin sü­rət­li in­ki­şa­fı­na yö­nəl­dil­miş məq­səd­li döv­lət si­ya­sət­dir. Müa­sir mə­də­niy­yət alə­mi­nin ümu­mi mən­zə­rə­si bö­yük sə­nət­kar­lar tə­rə­fin­dən da­ha ay­dın və şəf­faf bir şə­kil­də gö­rü­nür. Res­pub­li­ka­nın xalq ar­tis­ti, Pre­zi­dent tə­qa­üd­çü­sü, ka­man us­ta­sı Ha­bil Əli­yev: - Uzun il­lər Azər­bay­can mu­si­qi sə­nə­ti­nə xid­mət edən bir ifa­çı ki­mi de­yər­dim ki, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin qo­ru­nub sax­la­nıl­ma­sı və ge­niş bir şə­kil­də təb­liğ olun­ma­sı döv­lət rəh­bə­ri­nin qay­ğı­sı nə­ti­cə­sin­də öz həl­li­ni tap­mış­dır. Mən ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin ha­ki­miy­yət­də ol­du­ğu dövr ər­zin­də sə­nət alə­min­də öz sö­zü­nü de­miş və hər za­man döv­lə­tin qay­ğı­sı ilə əha­tə olun­mu­şam. Res­pub­li­ka­nın xalq ar­tis­ti, "Şöh­rət" or­de­ni, "İs­tiq­lal" or­de­ni ilə təl­tif edil­miş, Pre­zi­dent tə­qaü­dü­nə la­yiq gö­rül­mü­şəm. Ey­ni za­man­da, Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən tə­sis edil­miş tə­qa­üd də alı­ram. Bü­tün bun­lar sə­nət­ka­ra və Azər­bay­can mə­də­niy­yə­ti­nin in­ki­şa­fı­na tə­kan ve­rir. Söz­süz ki, sə­nət­ka­rı bü­tün qay­ğı­lar­dan azad edib, onun bü­töv­lük­də fəa­liy­yət dai­rə­si­ni bir is­ti­qa­mə­tə yö­nəlt­mək döv­lət rəh­bə­ri­nin müd­rik si­ya­sə­ti­nin da­va­mı­dır. Be­lə ki, mad­di tə­rəf­dən tam tə­min olu­nan bir sə­nət­kar yal­nız sə­nət­lə məş­ğul ol­ma­lı­dır. Hət­ta mən­zil şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə sə­nət­kar­la­ra ve­ri­lən mən­zil­lər də bu məq­sə­də xid­mət gös­tə­rir. Hey­dər Əli­yev Azər­bay­can mil­li ir­si­nin də­rin­dən bi­lən bir şəx­siy­yət ol­du­ğun­dan dai­ma bu ir­sin təd­qiq və təb­li­ği­nə diq­qət ayır­mış, bu sa­hə­də ça­tış­maz­lıq­la­rı ara­dan gö­tür­mə­yə səy gös­tə­rə­rək, öz töh­fə­lə­ri­ni bəxş et­miş­dir. Bu gün bu sü­tun­lar üzə­rin­də in­ki­şaf yo­lun­da olan Azər­bay­can mə­də­niy­yə­ti özü­nün, de­yər­dim ki, in­ti­bah döv­rü­nü ya­şa­yır. Çün­ki mə­də­niy­yə­tin bü­tün sa­hə­lə­rin­də qu­ru­cu­luq və ya­ra­dı­cı­lıq iş­lə­ri apa­rı­lır (bə­zi nöq­san­la­rı və qey­ri-pro­fes­sio­nal­la­rın sə­nə­tə yol aç­ma­sı­nı nə­zə­rə al­ma­saq). Mu­ğam mü­sa­bi­qə­si Hey­dər Əli­yev Fon­du­nun Pre­zi­den­ti, Azər­bay­can Mə­də­niy­yə­ti­nin Dost­la­rı Fon­du­nun səd­ri, YU­NES­KO və İSES­KO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban xa­nım Əli­ye­va­nın la­yi­hə­si çər­çi­və­sin­də ke­çi­ril­mə­si Azər­bay­can mil­li mə­də­niy­yə­ti­nin in­ki­şa­fın­da bö­yük irə­li­lə­yiş­lə nə­ti­cə­lən­di. Çox bö­yük is­te­dad­lı gənc­lər nəs­li­nin mu­ğam sə­nə­ti­nə yol aç­ma­sı­na sə­bəb ol­du. Hey­dər Əli­ye­vin mə­də­niy­yət sa­hə­sin­də gör­dü­yü iş­lər mən­ti­qi da­va­mı İl­ham Əli­yev cə­nab­la­rı­nın ida­rə­çi­lik sis­te­min­də tə­za­hü­rü­nü ta­pır. Be­şil­lik fəa­liy­yə­ti döv­rün­də əl­də olu­nan uğur­lar İl­ham Əli­ye­vin xal­qa gös­tər­di­yi də­rin mə­həb­bə­tin­dən və diq­qə­tin­dən irə­li gə­lir. Bir mə­qa­mı xa­tır­la­yım ki, pre­zi­dent seç­ki­lə­ri ərə­fə­sin­də Pre­zi­den­tin təb­li­ğat-təş­vi­qa­tı ilə əla­qə­dar ke­çi­ri­lən təd­bir­lər za­ma­nı mən Ağ­daş­da se­çi­ci­lər­lə gö­rüş­də ol­dum. İna­nın ki, hə­min se­çi­ci­lər ara­sın­da təb­li­ğa­ta heç bir eh­ti­yac yox idi. Çün­ki bü­töv­lük­də in­san­lar İl­ham Əli­ye­vi dəs­tək­lə­yir­di. Azər­bay­ca­nın ic­ti­mai-si­ya­si hə­ya­tın­da­kı də­yiş­kən­lik­lər onun ümü­mi mən­zə­rə­si­nin kök­lü şə­kil­də də­yiş­miş­dir. Fi­zi­ki cə­hət­dən qey­ri-sağ­lam­lı­ğım bir müd­dət şə­hə­rə çıx­ma­ğı­ma im­kan ver­mir­di. Bu ya­xın­lar­da şə­hə­rə çıx­dım, ina­nın ki, şə­hə­rin pa­no­ra­ma­sı mə­ni çox qə­hər­lən­dir­di. Ba­kı­nı ta­nı­ya bil­mə­dim.

İn­di de­yə bi­lə­rəm ki, biz müs­tə­qi­lik. İn­di özü­mü­zük, özü­müz öz döv­lə­ti­mi­zə xid­mət edi­rik. Mən qo­cal­mı­şam. Am­ma döv­lə­ti­mi­zin çox işıq­lı gə­lə­cə­yi var­dır. Bu­gün­kü gənc­lər onun gö­zəl­li­yi­ni seyr edib, məhz döv­lət rəh­bə­ri­mi­zin gör­dü­yü iş­lər qar­şı­sın­da baş əyə­cək­lər. Pre­zi­den­ti­miz İl­ham Əli­ye­vin və Meh­ri­ban xa­nım Əli­ye­va­nın mə­də­niy­yət və in­cə­sə­nət sa­hə­sin­də bir-bi­rin­dən də­yər­li la­yi­hə­lə­ri və ad­dım­la­rı, de­yər­dim ki, xalq sə­nə­ti­nə qar­şı mən­də çox bö­yük inam his­si­ni ar­tı­rır. Xal­qı­mız öz gö­zəl, fi­rə­van gün­lə­ri­ni ya­şa­yır. Azər­bay­ca­nın hər bir sa­hə­sin­də Onun gör­dü­yü iş­lə­rin nə­ti­cə­lə­ri özü­nü gös­tə­rir. Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin bi­rin­ci ka­ti­bi, xalq şai­ri, Pre­zi­dent tə­qa­üd­çü­sü Fik­rət Qo­ca: - Azər­bay­can ya­zı­çı­la­rı­na gös­tə­ri­lən bö­yük diq­qə­tin nə­ti­cə­sin­də bu gün ədə­biy­yat sa­hə­sin­də bö­yük bir oya­nış, bö­yük əsər­lə­rin ya­ran­ma­sı üçün bir sti­mul var­dır. Bil­di­yi­niz ki­mi, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin bi­na­sı bu ya­xın­lar­da İl­ham Əli­yev cə­nab­la­rı­nın mə­lum sə­rən­ca­mı əsa­sın­da bər­pa olu­na­raq, de­mək olar ki, ye­ni­dən qu­rul­du. Bu bi­na­nın son tə­mir işi hə­lə İs­ma­yıl Şıx­lı­nın döv­rün­də apa­rıl­mış, bu da çox kos­me­tik bir şə­kil­də özü­nü gös­tər­miş­dir. Üç mil­yon­dan ar­tıq pul bu bi­na­nın tə­mir və bər­pa­sı­na ay­rıl­mış­dır. Na­zir­lər So­ve­ti tə­rə­fin­dən Əm­lak Ko­mi­tə­si­nə ke­çi­ri­lə­rək, sırf tə­mi­rə sərf edil­miş­dir. De­yər­dim ki, bi­na­nın bü­növ­rə­si kök­lü bir şə­kil­də də­yi­şil­miş­dir. Yal­nız onun qə­dim na­xış­la­rı sax­la­nı­la­raq üzə­rin­də cid­di iş­lər apa­rıl­mış­dır. Ya­ra­dı­cı­lıq bi­na­sı müa­sir ava­dan­lıq­lar­la təc­hiz olun­muş, hət­ta qə­lə­mi­nə qə­dər be­lə ya­zı­çı­la­ra alın­mış­dır. Bu, hə­qi­qə­tən də, Pre­zi­dent tə­rə­fin­dən gö­rü­lən iş­lə­rin bö­yük mən­ti­qi nə­ti­cə­si­dir. Ha­zır­da Pre­zi­den­tin sə­rən­ca­mı əsa­sın­da ya­zı­çı­la­ra Də­və­çi ət­ra­fın­da me­şə­də xü­su­si bir sa­hə ay­rı­la­raq ya­ra­dı­cı­lıq evi­nin ti­kil­mə­si­nə start ve­ril­miş­dir. Ya­ra­dı­cı şəxs üçün sa­kit və il­ham­ve­ri­ci bir mə­ka­nın ol­ma­sı va­cib şərt­lər­dən­dir. Bun­dan əla­və, Pre­zi­den­tin sə­rən­ca­mı ilə, bil­di­yi­niz ki­mi, Ya­zı­çı­lar Bir­li­yi­nin üz­vü olan 20 nə­fər gən­cə, 50 nə­fər isə yaş­lı nəs­lin nü­ma­yən­də­si­nə tə­qa­üd ay­rıl­mış­dır. 1400 nə­fər üz­vü olan Ya­zı­çı­lar Bir­li­yi bu ay­rı­lan tə­qaü­dü hər il bir ya­ra­dı­cı şəx­sə ün­van­la­ya­caq. Be­lə­lik­lə, bir­li­yin üz­vü olan hər bir ya­ra­dı­cı şəxs sə­rən­cam­dan bəh­rə­lə­nə bi­lə­cək­dir. Klas­sik ədə­biy­yat nü­mu­nə­lə­ri­mi­zin ye­ni bir əlif­ba ilə dərc olun­ma­sı ədə­biy­yat və poe­zi­ya­mı­za çox bö­yük töh­fə ol­du. Çün­ki bu gü­nə qə­dər möv­cud olan klas­sik mə­də­niy­yət abi­də­lə­ri­nin ki­ril əlif­ba­sı ilə nəş­ri, gənc nəs­lin bu nü­mu­nə­lər­dən is­ti­fa­də­si­nə ma­ne­çi­lik tö­rə­dir­di. Za­man öt­dük­də bu əsər­lər öz oxu­cu­su­nu iti­rə bi­lər­di. Pre­zi­den­ti­mi­zin uzu­aq­gö­rən si­ya­sə­ti nə­ti­cə­sin­də bö­yük ti­raj­lar­la hə­min əsər­lər la­tın əlif­ba­sı ilə çap olun­ma­ğa baş­la­dı. Döv­lət müs­tə­qil­li­yi­nin bər­pa edil­mə­si Azər­bay­can­da klas­sik ir­sin ye­ni me­yar­lar­la də­yər­lən­di­ril­mə­si sa­hə­sin­də bir sı­ra çox mü­hüm ha­di­sə­lər­lə əla­mət­dar ol­du. "Ki­ta­bi-Də­də Qor­qud" epo­su­nun 1300 il­lik, M.Fü­zu­li­nin 500 il­lik yu­bi­ley­lə­ri­nin ge­niş miq­yas­da ke­çi­ril­mə­si və hər iki təd­bi­rin zir­və top­lan­tı­la­rın­da dün­ya­nın bir sı­ra döv­lət baş­çı­la­rı­nın iş­ti­ra­kı azad Azər­bay­can­da ədə­biy­ya­tın, mə­nə­viy­ya­tın, bü­tün mə­də­niy­yə­tin par­laq tən­tə­nə­si­nə çev­ril­di. Fü­zu­li­nin 500 il­li­yi tək­cə Azər­bay­can­da de­yil, Tür­ki­yə, İran, İraq, Ru­si­ya, Öz­bə­kis­tan, Çin və baş­qa öl­kə­lər­də də ge­niş qeyd olun­du. Sö­zü­ge­dən təd­bir­lər Azər­bay­can­da ədə­biy­yat­şü­nas­lıq el­mi­nin in­ki­şa­fı­na da ye­ni tə­kan ver­di. "Ki­ta­bi-Də­də Qor­qud"un el­mi-tən­qi­di mət­ni və küt­lə­vi nəşr­lə­ri, bu möh­tə­şəm oğuz­na­mə haq­qın­da ye­ni mo­noq­ra­fik təd­qi­qat­lar işıq üzü gör­dü. Fü­zu­li­nin bü­tün əsər­lə­ri (kül­liy­ya­tı) 6 cild­də nəşr edil­di. Da­hi sə­nət­ka­rın hə­yat və ya­ra­dı­cı­lı­ğı­na da­ir fun­da­men­tal təd­qi­qat­la­rın ye­ni bir sil­si­lə­si onun is­te­da­dı­nın pə­rəs­tiş­kar­la­rı­na təq­dim edil­di. Bu­nun­la be­lə, Azər­bay­can ədə­biy­ya­tı­nın baş­lı­ca in­ki­şaf me­yil­lə­ri azər­bay­can­çı­lıq məf­ku­rə­si­nin tə­rən­nü­mü­nə və tən­tə­nə­si­nə əsas­la­nır. Mü­əy­yən il­lər­də mə­lum ha­di­sə­lər za­ma­nı uzun fa­si­lə­lər­lə işıq üzü gö­rən, hət­ta bağ­lan­maq təh­lü­kə­si ilə üz-üzə du­ran ədə­bi or­qan­la­rın: "Azər­bay­can", "Li­te­ra­tur­nı Azər­bay­can", "Ul­duz", "Qo­bus­tan" jur­nal­la­rı­nın və "Ədə­biy­yat qə­ze­ti"nin Azər­bay­can hö­ku­mə­ti­nin xü­su­si qə­ra­rı ilə, mün­tə­zəm su­rət­də öl­kə­nin döv­lət büd­cə­sin­dən ma­liy­yə­ləş­di­ril­mə­si­nin bö­yük əhə­miy­yə­ti ol­muş­dur. Bu ya­zı­çı­la­rın əmə­yi­nə ve­ri­lən bö­yük qiy­mət­lər­dən bi­ri­dir. Bu­gü­nü­mü­zün re­al­lıq­la­rı Azər­bay­can ya­zı­çı­lı­rı­na ya­zıb ya­rat­maq­da bö­yük tə­kan ve­rir. Sa­kit bir hal­da ya­ra­dı­cı­lıq fəa­liy­yə­ti­ni da­vam et­di­rən hər bir şəxs ge­niş sfe­ra­da Azər­bay­ca­nın ta­ri­xi, ai­lə-mi­şət prob­lem­lə­ri, mil­li də­yər­lə­ri ilə bağ­lı bö­yük əsər­lər ya­ra­da bi­lər. YU­NES­KO-nun xət­ti ilə mə­də­niy­yət nü­mu­nə­lə­ri­nin xa­ri­ci öl­kə­lə­rə yol aç­ma­sı öl­kə­də­ki sa­bit­lik­lə əla­qə­dar­dır. Öl­kə ra­hat ya­şa­yır. Bu­nun ar­xa­sın­da Pre­zi­den­tin si­ya­sə­ti da­ya­nır. Bü­tün sfe­ra­lar­da gö­rü­lən iş­lər komp­leks şə­kil­də hə­ya­ta ke­çi­ri­lir.

 

Səs.- 2008.- 25 dekabr.- S. 12.