Ağaoğlu T.
1970-80-ci illər
xalqımızın intibah dövrü olmuşdur. Ən ucqar kəndlərdə belə klublar, kitabxanalar, mədəniyyət
evləri yaradılmışdı.
Bədii özfəaliyyət
kollektivləri, xalq teatrları, yaradıcılıq
cəmiyyətləri fəaliyyətə
başlamış, dövlət
teatrlarına qayğı
artmışdı. Lənkəranda,
Balakəndə, Şəkidə,
Şirvan ərazisində,
Şuşada tarixi abidələr bərpa
edilmiş, xalqımızın
nüfuzlu şəxsiyyətlərinə
abidələr ucaldılmışdı.
M.P.Vaqifin Şuşada,
Cıdır düzünün
ətəyində monumental
abidəsinin açılışı
zamanı ulu öndərin dediyi sözlər hələ də yaddaşlarda qalıb: "Milli mənliyi uca tutan, vətənin seyrəngahı ilə yanaşı, gözəllərini
də tərənnüm
edən Vaqif poeziyasını uşaqlıq,
gənclik illərindən
sevmişəm. Bu gün sizlərlə bərabər mən də fəxr edirəm ki, yaradıcılığı ilə
özünə əbədi
heykəl ucaltmış
unudulmaz şairimizin abidəsinin açılışında
iştirak edirəm".
Belə fəxarət,
qürur hissi keçirmək ulu öndərə çox
yaraşırdı. Ümummilli lider xalqına
xidmət etməkdən,
qurub-yaratmaqdan mənəvi
zövq alardı. Bakı şəhərində
dünya şöhrətli
Nəsiminin monumental abidəsinin açılışı
zamanı öndər
demişdi ki, Nəsimi ona görə diri-diri soyuldu ki, məslək və əqidəsindən dönmədi.
"Mənəm haqq,
mənəm ədalət,
məndədir həyatın
qalibiyyəti, təntənəsi",
- dedi. Onun xarakteri bu gün
də zəfərlərimiz,
nailiyyətlərimiz uğrunda
nümunə, örnək
olmalıdır.
Böyük
şəxsiyyət Heydər Əliyev təkcə
yaşadığı günlər, illər yox,
işıqlı, xoşbəxt sabahlar barədə
düşünən lider idi. Akademik
Ramiz Mehdiyev "Əsl vətəndaş,
böyük şəxsiyyət
və qüdrətli lider haqqında bəzi düşüncələr"
əsərində yazıb:
"1969-cu il Azərbaycanın
dövrü tarixində
yeni dönüş ili oldu. Respublikamızın dinamik inkişafının
təmin edilməsinə
dair kompleks proqramlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət nəticəsində 1970-1985-ci illər
ərzində baş vermiş dəyişikliklərin
vüsəti, rifahın
keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi
baxımından, sözün
tam mənasında,
müstəqil Azərbaycanın
yaranması salnaməsində
ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü
ilə SSRİ hökuməti
respublika iqtisadiyyatının
hərtərəfli tərəqqisi
və intensiv inkişafını nəzərdə
tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca
istiqamətlərini müəyyən
edən həmin qərarların xalqımızın
mənafeyi baxımından
tarixi əhəmiyyəti
vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə
Azərbaycanın suverenliyi
və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin
müntəzəm surətdə
genişlənməsi və
dünya iqtisadiyyatına
daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə,
1980-ci illərin əvvəllərində
təməli qoyulmuş
potensiala əsaslanır".
Ötən əsrin
70-ci illərində Azərbaycanda kənd
təsərrüfatı sürətlə inkişaf etmiş,
pambıqçılıq, taxılçılıq,
üzümçülük sahələrində rekord
göstəricilər qazanılmışdı. Bunun hesabına əməkhaqqı yüksəlmişdi.
Ucqar kəndlərdə
belə, əhali firavan yaşayırdı. Məktəb, mədəni-maarif müəssisələrinə
göstərilən qayğı
bəhrəsini verirdi.
Ölkəmizdən minlərlə
tələbə keçmiş
İttifaq respublikalarına
təhsil almağa göndərilirdi. Neçə-neçə əməkçi
Sosialist Əməyi Qəhrəmanı, digər
yüksək fəxri
adlar almışdı.
Sürücü-mexanik Sərdar
İmrəliyevdən eşitdiyimiz
bu sözləri hələ də unutmamışıq: "Heydər
Əliyev mənim üçün gündüzümün
Günəşi, gecələrimin
Ayı olub. Mən dahi şəxsiyyətdən
güc alıb çalışdım, hünər
göstərdim. O da məni ucaltdı".
Bu da Yaxın və Uzaq
Şərq ölkələrində yaratdığı
əsərləri ilə tanınam, sevilən məşhur
heykəltəraş, hazırda Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru, çoxsaylı fəxri adlara,
mükafatlara layiq görülmüş Ömər Eldarovun
fikridir: "Bənzəri az olan şəxsiyyət Heydər
Əliyevi ötən əsrin 50-ci illərindən
tanıyırdım. Yaratdığım,
ucaltdığım bütün
əsərlərimin ilk
tamaşaçısı məhz
ulu öndər olmuşdu. O, sənəti
sənətkarlardan daha
yaxşı bilirdi. Elə məsləhətlər,
tövsiyələr verərdi,
heyran qalardım".
Azərbaycan Milli
Elmlər Akademiyasının müxbir üzvü Cəfər
Qiyasi: "Ümummilli lider Heydər Əliyev dahi,
işıqlı təfəkkür sahibiydi. O, memarlıq sənətini peşə sahiblərindən
daha yaxşı bilirdi. Bugünkü abadlaşma, yenidənqurma
işləri onun ideyalarının, tövsiyələrinin
nəticəsidir. Ulu öndər olduqca həssas qəlbli, zərif duyumlu şəxsiyyət idi. Gərgin əməyin bəhrəsindən həzz
alar, yaradıcı şəxslərə hörmətini,
məhəbbətini bildirərdi.
Ədəbiyyat, incəsənət,
mədəniyyət xadimləri
onun qayğısından
ruhlanıb daha həvəslə yazıb-yaradardılar".
Ulu öndər
Heydər Əliyev elə bir qüdrət sahibi idi ki,
ahıllara qayğı göstərərdi,
körpələrə himayədar olardı. Azərbaycanı kənd-kənd, oba-oba gəzərdi. Qayğısını,
humanistliyini, insanpərvərliyini
insanlardan əsirgəməzdi.
Ölkəmizi tanıtdıran,
iri addımlarla irəliyə aparan məhz Heydər Əliyev olmuşdu. Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, mərhum
Fərman Salmanov demişdi: "Heydər Əliyev sağlam xarakter sahibiydi. Olduqca cəsarətliydi. Onun qüdrətinə, təfəkkürünə inanıb
Sibirdə ilk nefti tapan mən
oldum. Əvəzində
neçə-neçə
fəxri adlara layiq görüldüm".
Ulu öndərin
diqqəti, qayğısı sayəsində bir çox
ədəbiyyat, incəsənət xadimləri dövrün
ən ali mükafatlarına layiq görülmüşdü. Bu barədə Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Mikayıl Abdullayev və başqaları çox yazıblar. Dünya şöhrətli fırça
ustası Tahir Salahovun fikrini xatırlayırıq: "Heydər Əliyev rəssamla rəssam kimi, yazıçı ilə yazıçı kimi danışardı. O,
Qara Qarayevin yaradıcılığını elə təhlil edərdi ki, sənətşünas onun
yanında kirimiş dayanardı. Məhz onun dövründə onlarla fırça, tişə ustaları, bəstəkar və ifaçılar, yazıçı
və şairlər ən yüksək mükafatlara,
fəxri adlara layiq görüldülər".
Ümummilli lider
xalqımızın ümid bəslədiyi böyük
şəxsiyyət idi. O lazım gələndə milli mənafe naminə canından belə keçməyə hazırdı.
1990-cı ilin 20 Yanvarında xalqımız
dəhşətli faciə
ilə üzləşdi.
Keçmiş sovet hərbi kontingenti Bakıda azadlıq, müstəqillik arzulayan yüzlərlə silahsız
insanı məhv, şikəst etdi. Respublika rəhbərləri
susdu, haqq səslərini ucaltmadılar.
Lakin ulu öndər öz ənənəsinə sadiq
qalaraq Azərbaycanın
Moskva şəhərindəki
nümayəndəliyinə gəlib bəyan etdi: sovet ordusu
törətdiyi cinayətə
görə dünya ictimaiyyəti qarşısında
cavab verməlidir.
Günlər ötüb-keçirdi.
Azərbaycanın, azərbaycanlıların
taleyi saatbasaat ağırlaşır, gərginləşirdi.
Qarabağımız od
tutub yanırdı. Ermənilər tərəfindən
yurd yerlərimiz, mədəniyyət abidələrimiz
dağıdılır, soydaşlarımıza
zülm edilirdiE Bu olayları təsvir, təsəvvür
etmək, xatırlamaq
olduqca çətindir.
Körpələrin sevincləri
çöhrələrində, təbəssümləri dodaqlarında
donmuşdu. "Qırmızı
tabut"ların sayı-hesabı yoxdu. Ən dar məqamda, çətin anda onlar kömək gözləyirdilər. Respublika
rəhbərliyi isə
susur, ölkə daxilində baş verənləri sakitcə kənardan müşahidə
edirdilər.
Bax, belə bir
məqamda xalq dözmədi, tələb etdi ki,
inandığı, çətin sınaqlardan
üzüağ çıxmış,
idarəçilikdə, təşkilatçılıqda
əvəzsiz şəxsiyyət Heydər Əliyev yenidən
respublika rəhbərliyinə qayıtsın. İnsanlar axır ki, istədiyinə
çatdı. Ulu öndərin fəaliyyəti,
ictimai-siyasi mövqeyi
müstəqil Azərbaycanı yenidən
dirçəltdi, inkişaf
etdirdi. Hazırda məhz onun uzaqgörən siyasəti
nəticəsində ölkəmizi
dünya tanıyır,
əməkdaşlıq edir.
Bütün bunlar bütöv xarakter sahibi, şöhrət ucalığına yüksəlmiş
ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışından sonra
mümkün olmuşdur.
Ulu öndər
Heydər Əliyevin uzaqgörən siyasətinin bu gün
layiqli davamçısı var. Prezident
İlham Əliyev onun siyasi kursunu
uğurla davam etdirir. Ölkəmizi yaxın-uzaq ellərdə tanıtdırır.
Yüksək idarəçiliyi,
təşkilatçılığı ilə insanların rifah halının daha da yüksəlməsinə
çalışır. Torpaqlarımızın
işğaldan azad olunması uğrunda qətiyyətlə mübarizə
aparır. Bir sözlə, Azərbaycanımız
işıqlı sabahlara
doğru böyük həvəslə, qətiyyətlə
gedir.
Azərbaycan.- 2008.- 14
dekabr.- S. 1; 4.