Bayramov V.
Suraxanı
rayonunda Heydər Əliyev – ömrün davamı adlı
anım mərasimi keçirilmişdir
Azərbaycan xalqının
ümummilli lideri, ulu öndər Heydər Əliyevin vəfatının 5-ci ildönümü
ilə əlaqədar
respublikanın bütün
bölgələrində olduğu
kimi Suraxanı rayonunda da anım
mərasimi keçirilmişdir.
Rayonun Səttar Bəhlulzadə adına mədəniyyət sarayında
“Heydər Əliyev - ömrün davamı” adlı ədəbi-bədii kompozisiyanın nümayişi ilə ulu öndərin əziz xatirəsi anılmışdır. Mərasimdə Suraxanı Rayon İcra hakimiyyətinin başçısı İlqar
Abbasov, Milli Məclisin deputatları Əhməd Vəliyev, Musa Urud, xalq
şairi Zəlimxan Yaqub, YAP Suraxanı rayon təşkilatının
sədri Vüqar Seyidov, təhsil, səhiyyə, sənaye, bələdiyyə və RİHB-nin qəsəbə
nümayəndələri iştirak
etmişlər.
Səttar
Bəhlulzadə adına mədəniyyət sarayının
foyesində ümummilli liderin həyatını əks
etdirən çoxlu sayda foto-stendlər və Suraxanı
rayonuna səfərlərini əks etdirən
şəkillər düzülmüşdü. Xüsusi tərtibatla hazırlanan, ulu öndərin büstü qoyulan səhnədə “Heydər Əliyev — ömrün davamı”
adlı ədəbi-bədii kompozisiyada rayon ərazisində yerləşən məktəblərdə
təhsil alan şagirdlərin ifasında
ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif
dövrlərini, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında
aparılan geniş miqyaslı abadlıq-quruculuq işlərini özündə əks
etdirən şeirlər,
musiqilər səslənmiş
və böyük ekranda video-çarxlar göstərilmişdir.,
Xalq qəzeti.- 2008.- 13 dekabr.- 2008.- S. 7.