Bayramova Z.
Azərbaycan
kinematoqrafiyasında Heydər Əliyev fenomeni
Cəmil Quliyev:
“Heydər Əliyev “Babək” və Nəsimi“ kinofilmlərinin
istehsalatı prosesində çəkiliş üçün
xüsusi vəsait ayırmışdı”
Azərbaycan
kinematoqrafçıları böyük əhəmiyyətli,
həyati mövzulara müraciət edərak, estetik
tədbirlərə cavab verə biləcək filmlər
çəkmiş, onların dünya miqyasına
çıxarılmasına lazımi şərait
yaradılmışdır. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının
inkişafında rolu çox böyük olmuşdur. O, incəsənət
növləri arasında kinonu çox yüksək
qiymətləndirmiş, Azərbaycan kinematoqrafiya xadimlərinin
xalqımızın keçmiş və müasir
həyatından onlarca yüksək keyfiyyətli ekran
əsərləri yaratdıqlarını xüsusi vurğulamışdır.
Azərbaycan kino sənətinə göstərilən
diqqət və qayğı ilə bağlı Dövlət
Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi
Cəmil Quliyev fikirlərini belə bölüşdü:
- Ümummilli lider
Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının
birinci katibi işlədiyi dövrlərdə, eləcə
də, Dövlət Təhlükəsizük
Komitəsində çalışdığı zaman
Azərbaycan kinemotoqrafiyasına böyük diqqət və
qayğı ayırmışdır. Azərbaycanın kino
sənətinin inkişafı, demək olar ki, onun adı
ilə bağlıdır. İlk olaraq onu qeyd edim ki, sovet
dövrünün ən sərt illərində birinci katib
olmamışdan əvvəl Azərbaycan oğlu, Sovet
İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
bəraət qazanmasında xüsusi rol oynamışdır. 1956-cı
ilə qədər Mehdi Hüseynzadə vətən xaini kimi
qələmə verilmiş, ümummilli liderin araşdırmaları
və qətiyyəti nəticəsində bütün həqiqətlər
aşkara çıxarılmışdır. Mehdi
Hüseynzadənin bəraət qazanmasından sonra onunla
bağlı film çəkilməsinə göstəriş
verilmişdir. "Uzaq sahillərdə" filmi məhz
Heydər Əliyevin xüsusi təşəbbüsü
ilə ekranlaşdırılmışdır. 1969-1970-ci
illərdə "Bir cənub şəhərində"
filminin ekranlara buraxılması ilə bağlı qətiyyətli
baxışları və mövqeyi nəticəsində
addımlar atmış, çox gərginlikdən sonra ekran
əsəri öz taleyini yaşamışdır. Bu, bizim Azərbaycan
kino sənətində
ən dəyərli filmlər sırasındadır.
Sovet ideologiyası belə filmlərin nümayişinə qəti
qadağa qoymuşdu.
Azərbaycanda bu filmin ərsəyə gəlməsi və təqdim olunması maneələrlə üzləşmişdi.
Heydər Əliyevin hakimiyyətə gəlməsi
kinemotoqrafiya sahəsində
bir oyanış yaratdı. Onun təşkilatçılığı ilə Azərbaycanda, eləcə də, bölgələrdə kinoteatrlar
yaradıldı, kino bazaları təsis olundu. Azərbaycan kinosunun maddi-texniki
bazasının təkmilləşdirilməsi
və inkişafı ilə bağlı xaricdən müəyyən
avadanlıqların gətirilməsi
Heydər Əliyevin təşəbbüsü nəticəsində
reallaşdı. 1976-cı
ildən bu günə qədər istehsalat prosesində işlətdiyimiz avadanlıqlar
Heydər Əliyevin təşəbbüsü
ilə alınmış
texniki vəsaitlərdir.
Heydər Əliyev təkcə
kino bazasının təkmilləşdirilməsi və
inkişafı ilə
fəaliyyətini məhdudlaşdırmır,
eyni zamanda, bu sahədə çalışan yaradıcı
insanların maddi və mənəvi təminatını da diqqət mərkəzində
saxlayırdı. Belə
ki, bir-birinin ardınca yaradıcı və texniki işçilərə
fəxri adların, mükafatların verilməsi
Heydər Əliyevin mədəniyyət siyasətində
əsas xəttini təşkil edirdi. Onu da qeyd
edim ki, Azərbaycan filmlərinin
dünya miqyasına çıxmasında müxtəlif
festival və müsabiqələrdə yer
almasında bu müdrik insanın fəaliyyəti önəmlidir.
1979-cu ildə Heydər
Əliyevin təşəbbüsü ilə rejissor Rasim Ocaqov
tərəfindən "İstintaq" filmi çəkildi
və həmin ekran əsəri SSRİ dövlət
mükafatına layiq görüldü. Çox keçmir ki,
Heydər Əliyev Azərbaycan tarixi ilə bağtı
əsərlərin yaranmasına diqqət yönəldir
və onun sovet hakimiyyəti dövründə xüsusi
dəstəyi ilə çəkilən "Dədə
Qorqud", "Nəsimi", "Babək" kimi filmlər
Azərbaycanın tarixi şəxsiyyətlərinin həyat
və fəaliyyətini əks etdirir. Sözsüz ki, o
illərdə milli-mənəvi dəyərləri əks
etdirən filmlərin ekranlara yol açmasına ciddi
nəzarət qoyulurdu. Onu da bildirim ki, O, "Babək"
və "Nəsimi" kinofilmlərinin istehsalatı prosesində
çəkiliş üçün xüsusi vəsait
ayrılmışdı. Dövlət hesabına çəkilən
filmlərin hər biri çox uğurlu səhnə
talelərini yaşadı. Heydər Əliyevin Moskvada çalışdığı
illər və sonrakı proseslər göstərir ki,
Heydər Əliyev qədər Azərbaycan kinemotoqrafiyasına
diqqət yetirən rəhbər olmamışdır. Belə
ki, hakimiyyət dəyişdikdən sonra 1993-cü ilə
qədər dövlət sifarişi ilə hansısa bir film
ərsəyə gəlməmiş və hətta filmlərin
çəkilişinə belə qayğı
göstərilməmişdir.
Azərbaycan
kinematoqrafiyasının istehsalı olan filmlər
sırasında Heydər Əliyevə də həsr olunmuş
filmlər müstəsnadır. Belə ki, N.Səfərovun
ssenarisi əsasında operator O.Şıxəliyevin
çəkdiyi "Hamıya nümunə olan ömür
yolu" Heydər Əliyevin 1990-cı ildən sonrakı
fəaliyyəti öz yığcam ekran ifadəsini
tapmışdır. Son illərdə ssenarist və kinorejissor
Vaqif Mustafayevin Heydər Əliyevm fəaliyyətindən
bəhs edən silsilə filmləri diqqəti cəlb edir.
Xüsusən, onun çəkdiyi "Həqiqət
anı" filmi tamaşaçıların marağına
səbəb olmuşdur. Bundan başqa, o, Heydər Əliyevin
həyat və fəaliyyətinə həsr olunmuş 12 seriyalı
"Heydər Əliyev" filminin 9 seriyasını
çəkib. "General", "Birinci", "Moskva.
Krem!", "Lider", "Tale", "Əsil
məhəbbət haqqında", "Bir həsədin
tarixi", "Professional", "Patriot".
Onlardan "Əsil
məhəbbət haqqında" filmi böyük uğur
qazanıb. Bu film Moskvada keçtrilən 4-cü Avrasiya
teteforumunda əsas və xüsusi mükafata layiq
görülüb. "Bir həsədin tarixi" filmi 2002-ci
ildə Yekaterinburqda keçirilən sənədli filmlər
festivalında əsas mükafatlardan birini, Moskvada
keçirilən 5-ci Avrasiya Teleforumunda "Qran-Pri"
mükafatına layiq görülüb. Bu filmlər
müxtəlif ölkələrdə böyük uğurla
nümayiş etdirilib. Bakıda məşhur dünya neft şirkətləri
ilə bağlanmış saziş Vaqif Mustafayein "Əsrin
sazişi" filmində öz əksini tapmışdır.
Səs.- 2008.- 13 dekabr.- S. 12.