Əliyev A.
İlqar Talıbov 1991-ci ildə anadan olub. 2007-ci ildə
Bakı şəhəri
160 saylı orta məktəbi bitirdikdən
sonra "British Council" ingilisdilli tədris mərkəzinə
qəbul edilib. Hazırda Moskva Dövlət Universitetinin beynəlxalq iqtisadi əlaqələr fakültəsinin tələbəsidir.
5 yaşından idman rəqsləri ilə məşğul olan İlqar həmçinin təsviri sənətlə
də öz fəaliyyətini davam etdirir. \2001-2006-cı illərdə onun nəqqaşlıq və fotoşəkillərdən ibarət fərdi sərgisi Azərbaycan Respublikası
Gənclər və İdman, Mədəniyyət
və Turizm nazirliklərinin və Azərbaycan Mədəniyyəti
Dostları Fondunun dəstəyi ilə keçirilib. İdman rəqsləri üzrə
Avropa, Rusiya, 3 dəfə isə Qafqaz kubokları yarışlarının qalibidir.
İlqarın
idmançı və rəssam kimi 92 sertifikatı,
fərqlənmə diplomları və medalları var. Həyatda qazandığı
uğurlar barədə
İlqar belə deyir:
- Hər kəsə
Allah bir ömür verir. Yaşam tərzindən asılı
olmayaraq, hamının
içində bir dünya yatır. Əsl istedad odur ki, bəşər
övladı üçün
qaranlıq qalan o dünyanı üzə çıxara bilsin. Mən çəkdiyim rəsmləri
heç vaxt öncədən ölçüb-biçmirəm. Düşünmədiyim
halda hansısa bir mövzu özü məni ardınca aparır.
İlqarın adı
Gənclər və İdman Nazirliyinin xüsusi istedadlar
haqqında nəşr etdirdiyi "Azərbaycan gəncliyi
Azərbaycanın gələcəyidir" kitabına
düşmüşdür. 2006-cı
ildə Sankt-Peterburq televiziyasının 5-ci kanalının
MDB ölkələrinin 15 illiyinə
həsr etdiyi verilişdə respublikamızla
bağlı hazırladığı
süjet məhz İlqar Talıbova həsr edilmişdir.
İlqar deyir:
- Həyatımda ən
xoşbəxt anım ümummilli lider Heydər Əliyevlə
görüşdüyüm gündür. Mən dahi insanla
görüşəndə 5 yaşım vardı. Ulu öndər Heydər Əliyevi həyatda görəcəyimə
inanmırdım. Mirvarid
Dilbazinin 85 illik yubileyinə dəvət aldığıma çox
sevinirdim. Həmin gecədə ümummilli lider Heydər Əliyevin də iştirak edəcəyini bizə demişdilər. Belə bir şəxsiyyətin
qarşısında çıxış
etmək böyük məsuliyyət tələb
edirdi. Məşqlər
zamanı bizə harada duracağımızı
başa salırdılar.
Nəhayət, həmin gün
gəlib çatdı.
Mən Tofiq Quliyevin musiqisinin sədaları altında vals oynaya-oynaya mikrofona yaxınlaşıb
şeir oxudum.
Şeir sona çatanda salonu alqış sədaları
bürüdü. Bu vaxt Heydər Əliyev səhnəyə
qalxdı. Mikrofona yaxınlaşan ulu öndər öncə İlqarı qucaqlayıb bağrına basdı.
Balaca İlqar isə əli ilə Heydər Əliyevin əlinə toxunaraq dayandı.
- Mən inana bilmirdim ki,
belə bir insanla yanaşı dayanmışam. Demə, bu hərəkətim
operatorların, digər
iştirakçıların nəzərindən yayınmamışdı.
Tədbirdən sonra mənə yaxınlaşıb
soruşdular ki, sən nə edirdin? Mən dedim ki, istəyirdim
Prezidentin yanında olum.
Azərbaycan
Dövlət Televiziyası İlqar haqqında
"Qaranquşam, məni tanı" sənədli filmi
çəkib. Həmin film YUNİSEF-in mükafatına layiq görülüb. İlqarın
ulu öndərlə həmin görüşü
də filmdə əksini tapıb.
- Hər kəsin həyatı maraqlı və mənalı anlarla dolu olur.
İllər keçməsinə
baxmayaraq, o anları hələ də xatırlayıram. Heydər Əliyev mənim üçün həmişə canlıdır.
İlqarın nailiyyətləri
çoxdur. Bu günlərdə Bakıda 43 dövlətin
qatıldığı "Dini fərqlilikdən kənar islamofobiya və ksenofobiyanın müxtəlif növləri:
gənclərə təsiri
və qarşısının
alınmasında gənclərin
fəaliyyəti" mövzusunda
beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan
çempionu, gənc rəssam İlqar Talıbovun 7 yaşında
"Allahın varlığı
və birliyi" mövzusunda çəkdiyi
rəsm əsəri konfransın kataloquna daxil edilmişdir. Rəsmin işıq üzü görməsindən on ilə yaxın bir vaxt keçsə
də, bu gün də öz aktuallığını
qoruyub saxlamaqdadır.
Əbəs yerə deyil ki, həmyerlimizin
bu uğuru 43 dövlətdən ölkəmizə
gələn qonaqların
diqqətini cəlb
etmişdir.
10 il əvvəl
İlqar Talıbovun yaradıcılıq süzgəcindən
keçən bu əsər haqqında konfransda iştirak
edən xarici ölkələrin nümayəndələri xoş
sözlər söyləmişlər. İlqar Talıbovla
görüşümüzdə o, 7 yaşında bu mövzuda çəkdiyi əsərin
10 ildən sonra 43 dövlətin qatıldığı forumun
kataloquna salınmasını
bugünədək həyatda
qazandığı uğurlardan
sayır. Dünyada sülhün qorunması üçün insanların
birliyini, vahidliyini xatırladan müəllif
onu da bildirdi
ki, tolerantlığın
canlı nümunəsi
olan respublikamızda bu sahədə xeyli iş görülmüşdür.
İ.Talıbov qeyd etdi
ki, bundan əvvəlki müsabiqənin mövzusu "Yol
hərəkəti qaydaları" idi. Xıdırzində
ziyarətgahına gedən
dağ yolunu çəkən müəllifin
əsəri indi Almaniyadadır. bp şirkəti təqvimlərdə
bu əsəri çap edib (1999). Bir çox müsabiqədə uğurla
iştirak edən İlqar əsərlərində
Yer kürəsini, işğal altında olan torpaqlarımızı
göstərərək bütün
dünyaya ingilis dilində bu sözlərlə müraciət
etmişdir: "Dünyanı
heç kim bölə bilməz, Tanrıdan başqa!" Onun yaratdığı rəsm əsərləri
İngiltərədə çap
olunub. Amerikadan, İngiltərədən xeyli
minnətdarlıq məktubları
da alıb.
İlqar irəliyə doğru yorulmadan çalışır. Çünki
qarşıda bir çox müsabiqə var. Həmin müsabiqələrdə iştirakına
gəlincə, gənc
rəssam bildirdi ki, çəkdiyi hər əsərdə Allaha inam, vətən
sevgisi olduğu üçün həmişə
qalib gələcəyinə
əmindir. Ona da əmindir ki, gün gələcək,
torpaqlarımızın işğaldan
azad olunmasına əsər həsr edəcəkdir. O günə
isə az qalıb.
Azərbaycan.- 2008.- 13 dekabr.- S. 5.