Hacızadə A.
Moskvada Heydər Əliyev.
Şəxsiyyət və
Zaman çoxcildliyinin
təqdimatı olmuşdur
Dekabrın 11-də Moskvada görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin xatirə gecəsi təşkil edilmişdir.
Tədbirdə "Heydər
Əliyev. Şəxsiyyət
və Zaman" seriyasından olan kitabın təqdimat mərasimi keçirilmişdir.
Müəllifi tanınmış
Azərbaycan yazıçısı,
publisist, Milli Məclisin deputatı Elmira Axundovadır. Heydər Əliyevin ilk bioqraflarından biri olan E.Axundova
bu görkəmli şəxsiyyətin həyat
və fəaliyyətinin
naməlum səhifələrindən
bu çoxcildlik roman-tədqiqatında bəhs edir.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin xatirə
gecəsi və nəşrin artıq çapdan
çıxmış 4 cildinin təqdimat mərasimi Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi
və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən
təşkil edilmişdir. Rusiya Dövlət
Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində
keçirilmiş tədbirdə Rusiyanın dövlət
hakimiyyəti nümayəndələri, tanınmış
rusiyalı tarixçilər, politoloqlar, ədəbiyyatçılar,
Azərbaycan diasporunun nümayəndələri iştirak
edirdilər.
Giriş sözü ilə
çıxış edən Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu Heydər Əliyev Fondunun
Rusiyadakı nümayəndəliyinə və kitabxananın rəhbərliyinə
Moskvada xatirə gecəsinin və təqdimatın
keçirilməsinə görə təşəkkür
etmişdir. O demişdir ki, beş il bundan əvvəl biz
xalqımızın görkəmli oğlunu, böyük siyasətçini,
müasir Azərbaycanın memarını itirdik.
zərbaycanın
bugünkü bütün nailiyyətləri, o cümlədən
ölkəmizlə Rusiya arasında səmimi dostluq münasibətləri
məhz Heydər Əliyevin sayəsində mümkün
olmuşdur. Diplomat xüsusi vurğulamışdır ki, əsası
Heydər Əliyev tərəfindən qoyulmuş dövlət
siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Rusiya Dövlət
Kitabxanasının direktoru Viktor Fyodorov bildirmişdir ki, Azərbaycanın
görkəmli dövlət xadiminin xatirə gecəsinin bu
kitabxanada keçirilməsinə görə çox
şaddır. O demişdir ki, şəxsiyyətin tarixdə
rolu maraqlı mövzudur və Azərbaycanın bütün
sahələrdə qazandığı uğurlar ölkənin
bənzərsiz mədəniyyətinin qorunub saxlanması və
öz tarixinə hörmət kontekstində inkişaf edir.
Görkəmli qazax
yazıçısı, Heydər Əliyevin böyük dostu
Oljas Süleymenov Parisdən məxsusi olaraq bu kitabın təqdimat
mərasiminə gəlmişdi. O, E.Axundovanın
romanını yüksək qiymətləndirərək
demişdir ki, bu kitablar çox böyük zəhmət
bahasına başa gəlmişdir. O.Süleymenov ulu öndər
haqqında xatirələrini söyləyərək
vurğulamışdır ki, Heydər Əliyev böyük
insan idi və mən onu özümün "ustadım",
yəni Müəllimim hesab edirəm. O, ulu öndərlə
görüşlərindən söhbət açaraq
demişdir ki, əgər Heydər Əliyev həmin dövrdə
ölkənin rəhbəri olsaydı, Qarabağ faciəsi və
Azərbaycan tarixindəki digər dəhşətli hadisələr
də olmazdı. Keçid dövründə dövlətə
diletantlar, səriştəsiz adamlar yox, Heydər Əliyev
kimi təcrübəli siyasətçilər
başçılıq etməlidir. Bu yaxınlarda mən
Avropa ölkələrinin mədəniyyət nazirlərinin
Bakıda keçirilən iclasında iştirak etmişəm.
Mən oradakı çıxışımda qeyd etdim ki,
dünyada indiki böhran şəraitində Azərbaycandan
başqa heç yerdə mədəniyyət haqqında
söhbət getmir. Bu, onu göstərir ki, Azərbaycan
düz yoldadır və onun siyasətindən nümunə
götürmək lazımdır. Bu doğru yolun təməlini
Heydər Əliyev qoymuşdur və bu gün onun
davamçıları həmin yolu uğurla davam etdirirlər.
Çoxsaylı bioqrafik
romanlar müəllifi, tarixçi Roy Medvedev öz
çıxışında E.Axundovanın kitabını məşhur
bioqrafik romanların ən yaxşılarından biri
adlandırmışdır. O demişdir ki, Heydər Əliyev
haqqında kitab son dərəcə maraqlıdır,
çünki bu insanın şəxsiyyəti həmin kitabda
hərtərəfli açıqlanır. Heydər Əliyevin
şəxsiyyəti maraqlı olduğuna görə, onun
karyerası və hərəkətləri də, Azərbaycanın
ən çətin dövründə bu dövlətə
başçılıq etməsi də maraq doğurur. Roy Medvedev
dedi: "Mübaliğəsiz deyə bilərəm ki, müəllifin
çox böyük obyektivliyi, arxivlərdə
apardığı titanik iş, müasirlərimizlə
söhbətləri bu kitabın böyük məziyyətidir
və o, politoloji və tarixi ədəbiyyatda öz layiqli
yerini tutacaqdır".
Keçmiş SSRİ
Nazirlər Soveti sədrinin birinci müavininin katibliyinin
müdir müavini Vladimir Uxov, sabiq Zaqafqaziya hərbi dairəsinin
ordu komandanı Konstantin Koçetov, İTAR-TASS-ın baş
direktorunun birinci müavini Mixail Qusman, "Kultura" qəzetinin
baş redaktoru Yuri Belyavski, keçmiş SSRİ DTK-nın məsul
işçisi Georgi Pozdorovkin zəmanəmizin görkəmli
şəxsiyyəti haqqında xatirələrini
bölüşmüşlər. Onlar Heydər Əliyevlə
təmasları ilə bağlı nadir epizodları, onun
qeyri-adi siyasi istedadı və incə qəlbli bir insan
olması barədə söhbət açmışlar.
Heydər Əliyevin hər
şeydən əlavə, həm də görkəmli diplomat
olduğunu vurğulayan M.Qusman demişdir ki, Heydər Əliyevin
Klintonla söhbətinin artıq məxfilikdən
çıxarılmış stenoqramını oxuyarkən
onun əsl böyük diplomat kimi dünyanın ən
qüdrətli ölkələrindən birinin prezidenti ilə
tam bərabər səviyyədə söhbət aparması məni
heyran etmişdir.
Sonda Elmira Axundova Heydər
Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya,
Fondun Rusiyadakı nümayəndəliyinin rəhbərliyi
Leyla Əliyevaya, Rusiya Dövlət Kitabxanasının
direktoru Fyodorova və toplaşanların hamısına bu tədbirin
təşkilinə və iştirak etdiklərinə görə
səmimi təşəkkürünü bildirmişdir. E.Axundova
demişdir ki, indi roman-tədqiqatın beşinci və
altıncı cildləri üzərində iş gedir. "Qayıdış"
adlanacaq bu cildlərə yeni, geniş oxucu auditoriyasına
çox məlum olmayan sənədli materiallar və
müsahibələr daxil olacaqdır.
Azərbaycan.- 2008.- 13 dekabr.- S.
7.