“Heydər Əliyev və muzeylərimiz” möv­zu­sun­da elmi konfrans keçiriləcək

 

Nəriman Nərimanovun ev muzeyindən verilən məlumat görə, dekabrın 12-də "Heydər Əliyev və muzeylərimiz" mövzusunda elmi konfrans keçiriləcək. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin, Bakı Dövlət Universitetinin müəllim tələbələrinin iştirak edəcəyi tədbirdə ölkəmizdə ev muzeylərinin yaradılması, onların fəaliyyətlərinin yaxşılaşdırılması işində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən ətraflı söz açılacaqdır.

Elmi konfransda "Azərbaycanda muzey şəbəkəsinin yaradılmasında Heydər Əliyevin rolu", "Muzeylərdə mənəvi dəyərlərin qorunub saxlanılması və Heydər Əliyev" və "Ev muzeylərinin yaradılmasında Heydər Əliyevin xidmətləri" mövzularında məruzələr dinləniləcək.
   

Səs.- 2008.- 12 dekabr.- S. 10.