Həmidoğlu A.
Nəsimi
rayonunda ulu öndərin xatirəsi anılmışdır
Nəsimi rayonunda ümummilli liderimiz Heydər Əliyevin anım günü münasibətilə silsilə
tədbirlər keçirilmişdir.
Rayon icra hakimiyyətinin təşəbbüsü
ilə bu sırada növbəti tədbir H.Sarabski adına Mədəniyyət
evində baş tutub.
Nəsimi rayon
ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi
tədbirdə ümummilli liderimiz, bütün
şərəfli ömrünü xalqımızın
xoşbəxtliyinə və firavan həyatına həsr
etmiş, Azərbaycan dövlətçiliyinin qurucusu və
xilaskarı Heydər Əliyevin mənalı həyat yolundan
söhbət açıldı. Qeyd edildi
ki, Azərbaycana rəhbərlik etdiyi 34 il müddətində ulu öndərimizin yalnız bir amalı olub–müstəqil, qüdrətli,
çiçəklənən Azərbaycanın təşəkkülü.
Bu yolda o, bütün çətinlikləri və
maneələri əzmlə
dəf edərək öz böyük məqsədinə çatmışdır.
Bugünkü uğurlarımıza,
Azərbaycanın güclü
dövlətə çevrilməsinə,
bütün istiqamətlərdə
əldə etdiyimiz böyük nailiyyətlərə
görə biz məhz bu dahi
şəxsiyyətə borcluyuq.
Vurğulandı ki, ümummilli liderimizin Azərbaycanın qüdrətlənməsinə
yönəlmiş siyasəti
bu gün möhtərəm Prezidentimiz
cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Sonra H.Sarabski adına
Mədəniyyət evinin nəzdində fəaliyyət
göstərən “Araz” poeziya teatrının kollektivinin
ifasında ulu öndərimizə həsr edilmiş
ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Dahi şəxsiyyətin həyatının müxtəlif
məqamlarını əks
etdirən kompozisiya tədbir iştirakçıları
tərəfindən böyük
maraqla qarşıladı.
Xalq qəzeti.- 2008.- 13 dekabr.- S. 5.