Şükürov F.
Heydər Əliyev
və muzeylərimiz
Dünən
N.Nərimanovun xatirə muzeyində ulu öndər Heydər
Əliyevin anım gününə həsr olunmuş
“Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir
keçirildi.
Tədbiri giriş
sözü ilə açan muzeyin əməkdaşı Ramiz
Əliyev ümummilli lider Heydər Əliyevin həyat və
fəaliyyətindən, onun hakimiyyəti dövründə
geniş muzey şəbəkəsinin yaradılmasından,
xalqımızın mənəvi dəyərlərinin qorunub
saxlanmasında bir ölkə başçısı və
vətəndaş kimi gördüyü genişmiqyaslı
işləri və bu sahəyə göstərdiyi qayğını
dinləyicilərin nəzərinə çatdırdı.
Sonra Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
muzeyşünaslıq kafedrasının müdiri, professor
Ramiz Ağayev Heydər Əliyevin Azərbaycanda
ayrı-ayrı elm, incəsənət, ədəbiyyat və
siyasi xadimlərin xatirə muzeylərinin
yaradılmasındakı rolundan danışaraq qeyd etdi ki,
görkəmli siyasətçinin bu sahəyə diqqət
yetirməsi böyük bir uzaqgörənlik idi. Bu xatirə
muzeyləri öz xalqının dəyərli insanlarını
gələcək nəslə tanıtmaq üçün
əvəzsiz bir mənbədir.
Tədbirdə iştirak
edən ADMİU-nun professoru, əməkdar incəsənət
xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov
Heydər Əliyev haqqında dinləyicilərin
marağına səbəb olan bir çox
məsələlərdən danışdı.
Natiq qeyd etdi ki,
Heydər Əliyev şəxsiyyətinə təkcə
Azərbaycanda deyil, ölkəmizdən kənarda da
böyük maraq göstərilir, bu fenomen
şəxsiyyətin həyat və fəaliyyəti etiraf
edilir: «Məsələn, mən bir dəfə İranda
olarkən bir iranlı mənə söhbət etdi ki, Finlandiyada
bir nəfər Heydər Əliyevdən maraqlı məlumatlar
toplayıb. Mən Finlandiyaya gedib həmin adamı tapdım.
O, Heydər Əliyevin Moskvadakı fəaliyyəti haqqında
maraqlı faktlarla məni tanış etdi. Finlandiyalı
həmkarımın öz kitabında yazdığı bir
cümlə mənim üçün çox dəyərli
idi. O yazmışdı: "Moskvada işlədiyi
müddətdə Siyasi Büronun bütün üzvləri
bu şəxsin qarşısında qorxu hissi keçirirdilər.
Onlar sürətlə qocalırdılaı".
Bu, başqa bir xalqın
nümayəndəsinin xalqımızın oğluna verdiyi
qiymət idi. Düşünürəm ki, biz hələ onun
haqqında az demişik».
Tədbirdə
çıxış edən Mədəniyyət və Turizm
Nazirliyinin mədəniyyatşünaslıq üzrə elmi-metodiki
mərkəzinin muzey bölməsinin müdiri Pakizə
Almazova, A.Şaiqin xatirə muzeyinin müdiri,
sənətşünaslıq namizədi Minəxanım
Əsədli ulu öndərin respublikada muzey yaradılması
işindəki əvəzsiz rolundan danışdılar.
Tədbirin sonunda
N.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova
tədbir iştirakçılarına öz
təşəkkürünü bildirdi.
Mədəniyyət.- 2008.- 13 dekabr.- S. 2.