Yusifova S.

 

Heydər Əliyevin xatirəsi Budapeştdə xüsusi mədəni proqramla anılıb

 

Bu günlərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 5-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbiri Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov açıb. O, ulu öndərin həyat fəaliyyətindən, Azərbaycanın ən yeni tarixindəki rolundan, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsi üçün həyata keçirdiyi uğurlu siyasətdən, dünya siyasi arenasında atdığı mühüm addımlardan danışıb. H.Həsənov H.Əliyev tərəfindən təməli qoyulan dövlətçilik, demokratiya azadlıq prinsiplərinin Azərbaycanın siyasətində uğurla davam etdirildiyini vurğulayıb. Sonra tədbirin bədii hissəsi başlayıb. Tanınmış dirijor, əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dunay Simfonik Orkestri P.Çaykovskinin, S.Hacıbəyovun, R.Vaqnerin, F.Əmirovun əsərlərini səsləndirib. Qeyd edək ki, tədbir Azərbaycan Mədəniyyət Turizm Nazirliyi ölkəmizin Macarıstandakı səfirliyi tərəfindən təşkil olunub. Gecədə Macarıstan parlamentinin deputatları, bu ölkədə fəaliyyət göstərən səfirliklərin nümayəndələri, işgüzar dairələrin nümayəndələri, diaspor təmsilçiləri, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

 

525-ci qəzet.- 2008.- 20 dekabr.- S. 23.