Mükərrəmoğlu M.
Dünya
Azərbaycanlılarının Həmrəylik
Gününə həsr edilmiş tədbir
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, F.Köçərli adına Respublika
Uşaq Kitabxanası 31 dekabr - Həmrəylik Günü
münasibətilə Yasamal rayonundakı XXI əsr
liseyində ədəbi-bədii gecə keçirmişdir. Tədbirdə F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının
əməkdaşları, şair,
yazıçı, publisist
Teyyub Qurban, məktəbin müəllim
və şagird kollektivi iştirak etmişdir.
Giriş sözü
ilə çıxış edən F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının direktor müavini
Z.Dadaşova 31 dekabr tarixinin 1993-cü ildən etibarən ilk
dəfə ümummilli liderimiz Heydər Əliyevin
təşəbbüsü ilə dünya azərbaycanlılarının
həmrəylik və milli birlik günü elan edildiyini
bildirdi. O, dilimizin, mədəniyyətimizin, adət
və ənənələrimizin,
tariximizin yaşadılması
və gələcək
nəsillərə ötürülməsində,
dünya azərbaycanlılıarı
ilə əlaqələrin
möhkəmləndirilməsinin qarşımızda duran mühüm vəzifələrdən
biri olduğunu qeyd etdi.
Tədbirdə
iştirak edən şair, yazıçı, publisist Teyyub
Qurban öz çıxışında Dünya
Azərbaycanlılarının Həmrəylik
Gününün qeyd edilməsinin bütün dünya
azərbaycanlıları tərəfindən
zərurətə və mənəvi ehtiyaca çevrildiyini
bildirmiş və uşaqları bayram münasibətilə
təbrik etmişdir. O, balaca göyərçinləri həmrəyliyə,
birliyə, dostluğa
çağırmışdır.
Böyük sevinclə
qeyd edilən ümummilli bayramda uşaqlar öz gözəl
çıxışları ilə yadda qaldılar. Tədbirdə məktəbin
rəqs kollektivlərinin
maraqlı çıxışları,
“Dostluq, Birlik, Həmrəylik”, “Azərbaycan-yurdum mənim”, “Həqiqət carçısı”
adlı şeirləri
iştirakçıların marağına səbəb
oldu.
Liseydə
uşaqların əl işlərindən ibarət sərgi
və təşkil olunmuş “Həmrəylik- yeganə
nicatımız”, “Dünya azərbaycanlıları
birləşin!” səyyar kitab sərgiləri nümayiş
etdirildi.
Xalq qəzeti.- 2008.- 27 dekabr.- S. 8.