“Alman-Azərbaycan dostluq əlaqələri” filminin
təqdimatı keçirildi
Mədəniyyət və
Turizm Nazirliyi, Alman-Azərbaycan Cəmiyyətinin təşəbbüsü
ilə çəkilən "Alman-Azərbaycan dostluq əlaqələri
" adlı sənədli filmin təqdimatı keçirilib.
Kopellhausda keçirilən təqdimat mərasimində
Almaniyada keçirilən Azərbaycan mədəniyyət
ilinin yekunu olaraq iştirakçılara cəmiyyətin
mükafatları da təqdim olunub. 49 dəqiqəlik
"Alman-Azərbaycan dostluq əlaqələri" adlı sənədli
filmin çəkilişləri, əsasən, Almaniyada
aparılıb. Filmdə Drezdendə saxlanılan "Dədə
Qorqud " eposu, Mirzə Şəfi Vazehin Fridrix Bodenştedtlə
dostluğu, Leipzig dövlət kitabxanasında Azərbaycana
dair kitablar, Berlin incəsənət muzeyində saxlanılan qədim
musiqi alətləri və antik geyimlər lentə
alınıb. Bundan başqa film almanların Azərbaycanda məskunlaşma
tarixindən də bəhs edir.
Təqdimat
mərasimində Mədəniyyət və Turizm nazirinin
müavini Ədalət Vəliyev 2008-ci ildə Almaniyada
keçirilən Azərbaycan mədəniyyət ilinin təşkilindən
danışdı. Yeri gəlmişkən, Ədalət Vəliyev
iki ölkə arasında mədəni əlaqələrin
inkişafındakı xidmətinə görə Alman-Azərbaycan
Cəmiyyətinin "Dostluq" medalı ilə təltif
olunub. Həmçinin, Rauf Abdullayev, Fikrət Əlizadə,
Alim Qasımov, Məcnun Kərimov, Salman Qəmbərov
"Körpü diplomu" ilə mükafatlandırıldı.
Sonra film nümayiş olunub.
Səs.- 2008.- 26 dekabr.- S. 12.