Baş nazirin müavini Elçin Əfəndiyev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşmüşdür

 

Dekabrın 1- Baş nazirin müavini Elçin Əfəndiyev Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina ilə görüşmüşdür.

Görüşdə bu il Almaniyada keçirilən “Azərbaycan ili” çərçivəsində ölkəmiz, onun iqtisadiyyatı və siyasətindən tutmuş incəsənəti və mədəniyyətinə qədər geniş şəkildə təmsil edildiyi məmnunluqla vurğulanmışdır. Baş nazirin müavini Elçin Əfəndiyev tədbirin təşkilatçılarının əməyini yüksək qiymətləndirmiş, Azərbaycan Hökuməti adından Almaniya Hökumətinə təşəkkür etmiş, əmin olduğunu bildirmişdir ki, “Azərbaycan iliçərçivəsində dərinləşən, möhkəmlənən tərəfdaşlıq dostluq əlaqələri bundan sonra da uğurla davam edəcəkdir. Görüşdə ölkələrimiz arasında mədəni əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsi üçün yeni layihələrin hazırlanması məsələləri müzakirə edilmişdir.

Səmimilik şəraitində keçən görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Xalq qəzeti.- 2008.- 2 dekabr.- S. 4.