Niftəliyev E.

 

Almaniyanın Drezden şəhərində Azərbaycan mədəniyyətinə və tarixinə həsr olunmus sərgi açılmışdır

 

Azərbaycanın Almaniyadakı səfirliyindən bildirmişlər ki, Almaniyada Azərbaycan ili - Mədəniyyət Proqramı çərçivəsində tədbirlər davam etməkdədir. Berlin Etnologiya Muzeyində cari ilin avqustundan noyabr ayınadək nümayiş etdirilən "Azərbaycan - Odlar Yurdu.

Qafqazda tarix və mədəniyyət" sərgisi Drezden şəhərinə gətirilmişdir. Cari il dekabrın 3-də Drezden Etnoqrafiya Muzeyində sərgiyə həsr edilmiş vernisaj keçirilmişdir.

Vernisajda Saksoniya Dövlət Etnoqrafik Kolleksiyalar İdarəsinin direktoru Klaus Daimler, Saksoniya federal torpağı İncəsənət və Elm Dövlət Nazirliyinin idarə rəisi Tomas Früh, Berlin Etnologiya Muzeyi Şərq departamentinin rəhbəri İnqrid Şindlbek çıxış etmişlər. Natiqlər sərginin əhəmiyyətini vurğulayaraq, Azərbaycan hökumətinin ölkənin mədəniyyətinin və tarixinin Avropada, məhz Almaniyada təqdimatına yetirdiyi qayğını xüsusilə qeyd etmişdir.

Vernisajda çıxış edən səfir Pərviz Şahbazov Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik xətlə inkişaf etdiyini vurğulayaraq mədəniyyət sahəsində uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirmişdir. O, Azərbaycan İlinin xalqımızın zəngin mədəni irsinin Avropada tanınmasına böyük töhfə verdiyini bildirmişdir.

Sərgidə Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, xalçaçılıq sənəti, milli geyim, bəzək əşyaları, musiqi alətləri və digər sahələri əhatə edən 200-dən artıq eksponat nümayiş etdirilir. Bu eksponatların böyük əksəriyyəti ilk dəfə olaraq Azərbaycan muzeylərindən kənara çıxarılır. Azərbaycan Dövlət İncəsənət Qalereyası, AMEA Əlyazmalar İnstitutu, Tarix Muzeyi, Zaqatala Mingəçevir tarix-diyarşünaslıq muzeylərindən gətirilən eksponatlar qədim tunc dövründən müasir dövrümüzə qədər inkişaf mərhələləri haqqında tamaşaçılarda təsəvvür yaradır. Eramızdan əvvələ aid edilən bəzi qab tunc əşyaların 5 min ildən artıq tarixi vardır.

Berlin Qədim Ən Qədim Dövr Muzeyindən, Berlin Dövlət Kitabxanasının arxivindən, eləcə Drezden Dövlət İncəsənət Kolleksiyaları İdarəsindən Azərbaycana aid eksponatlar da sərgidə nümayiş etdirilən əsərlər sırasındadır. Eksponatlar arasında xalqımızın ilk yazılı ədəbi nümunələrindən olan Drezden kitabxanasından gətirilən "Kitabi Dədə Qorqud", riyaziyyat fızika bölməsindən gətirilən qlobus sərginin ən qiymətli eksponatlarından hesab olunur.

Sərgiyə həsr olunan xüsusi kataloq-kitab nəşr edilmişdir. 292 səhifədən 170 şəkildən ibarət məcmuədə Azərbaycanın Mədəniyyət Turizm naziri Ə.Qarayevin ön sözü, region üzrə ixtisaslaşmış Almaniyanın Halle-Vittenberq, Hamburq, Berlin Bonn universitetlərində çalışan alman alimlərin Azərbaycan tarixi mədəniyyəti ilə bağlı elmi məqalələri dərc edilmişdir.

Sərgi 2009-cu il fevralın sonunadək Drezden Etnoqrafiya Muzeyində nümayiş etdiriləcəkdir.

 

Respublika.- 2008.- 5 dekabr.- S. 6.