Almaniyada Azərbaycan
Mədəniyyəti İlinin son akkordları səslənib
Almaniya Kral Qəsrində bu ölkədə Azərbaycan Mədəniyyəti
İlinin yekun konserti keçirilib. Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə bu konsertdə həm müəllif, həm də dirijor və pianoçu kimi çıxış edib. Proqramın əvvəlində Almaniyanın
məşhur kvarteti Firəngiz Əlizadənin
"Muğamsayağı" əsərini səsləndirib.
Sonra Məcnun Kərimovun rəhbərliyi
altında qədim musiqi alətləri ansamblı Əbdülqədir
Marağayinin "Heydərnamə"
melodiyasını təqdim
edib. "Bayatı-Şiraz" muğamı
və Zülfiyyə İbadovanın ifasında
aşıq musiqisi də rəğbətlə
qarşılanıb. Konsertin
sonunda Almaniyada Azərbaycan Mədəniyyəti
İlinin yekun akkordu olan "Crossings"- "Kəsişmələr"
əsəri ifa olunub. Qeyd edək
ki, F.Əlizadənin Avropada sənət uğurları bununla bitmir. Brüsseldəki
"Zərif sənətlər
sarayı"nda İtaliya rejissorları Oskar Pittso və
Quido Qarnierinin "Alkamandjati" - "Skripkaçı"
tamaşası nümayiş
etdirilib. İsrailli dramaturq Amira Naasın əsəri əsasında hazırlanan
bu tamaşanın musiqisini məhz Firəngiz Əlizadə yazıb.
525-ci qəzet.- 2008.- 12 dekabr.- S. 7.