Hüseynov C.
Milli-mənəvi
dəyərlərimizə dövlət qayğısı
artmaqdadır
Bu gün
ölkəmizdə həyata keçirilən davamlı
iqtisadi islahatlar mədəni inkişafa da güclü
təsir göstərir. Həqiqətən,
Azərbaycan mədəniyyəti
və incəsənəti
son illər sürətli inkişaf yoluna çıxmış,
incəsənətin bütün
sahələrində uğur
qazanılmışdır. Söz yox ki,
bu nailiyyətlərin
əldə olunmasında
ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Dahi rəhbər bütün
həyatı, fəaliyyəti
dövründə mədəniyyətə
xüsusi diqqət yetirmişdir. Ümummilli liderin dövlətçilik
strategiyasının davamçısı,
dövlət başçısı
İlham Əliyev hakimiyyətdə olduğu
dövrdə mədəniyyətin
inkişafını dövlət
siyasətində
başlıca amillərdən
biri kimi daim diqqət mərkəzində saxlamışdır.
Prezident Azərbaycan mədəniyyətinin sürətli
inkişafını təmin
etmək üçün
bir sıra dövlət proqramları
imzalamışdır. Onlar
arasında tarixi abidələrin qorunması,
kino, teatr sənətinin inkişafı,
muzey işinin təkmilləşdirilməsi, turizmin
inkişafı və s. sahələri əhatə edən dövlət proqramları
vardır. Həmin proqramların hər biri bu gün
səmərəli şəkildə
həyata keçirilməkdədir
və öz müsbət nəticəsini
verir.
Prezident İlham
Əliyev xalqın milli xüsusiyyətlərinin qorunub
saxlanılmasında ədəbiyyatın,
mədəniyyətin böyük rolu olduğunu xüsusi
vurğulayaraq demişdir: “Azərbaycan xalqının, bizim
hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq
üçün əlbəttə ki,
ədəbiyyatımızın, mədəniyyətimizin
böyük rolu olmuşdur”. Dövlət
başçımızın mədəniyyəti yüksək
qiymətləndirməsinin nəticəsidir ki, bu gün
Azərbaycan mədəniyyətinin sorağı dünyanın
hər yerindən gəlməkdədir.
Ötən beş il
Azərbaycan incəsənətinin, həqiqətən,
çiçəkləndiyi dövrdür. Bu dövrün mədəni hadisələri,
bu sahədə həyata keçirilən
davamlı tədbirlər
mədəni həyatımızda
xüsusi canlanma yaratmışdır. Mən
burada, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi
olaraq qeyd etmək istəyirəm. Azərbaycanın mədəni
həyatının inkişafında
Mehriban xanım Əliyevanın böyük
əməyi vardır.
Muğam sənətimizin,
mədəniyyətimizin digər
sahələrinə Mehriban
xanımın qayğısı
artıq öz bəhrəsini verməkdədir.
Bu gün Bakıda Muğam Mərkəzinin açılması,
Xalça Muzeyi üçün yeni müasir tipli binaların tikilməsi məhz bu sahəyə
əsaslı diqqətin
nəticəsi kimi dəyərləndirilməlidir.
Söz yox ki,
bütün bunlar sənət adamlarında böyük
yaradıcılıq əzmi yaratmış, onları yeni
uğurlu əsərlər ortaya çıxarmağa sövq
etmişdir. Azərbaycan Prezidentinin “Azərbaycanın
qabaqcıl mədəniyyət, incəsənət,
ədəbiyyat xadimlərinin fəaliyyəti yüksək
qiymətləndirilməlidir” sözləri sənətə
və sənətkara verilən yüksək qiymət kimi
dəyərləndirilməlidir. Məhz
bu diqqətin nəticəsidir ki, son beş ildə
onlarla sənət adamı Prezident təqaüdünə, yüksək
fəxri adlara layiq görülmüşdür.
Mən rəssamam, son
illər rəssamlarımıza göstərilən
qayğının da əyani şahidiyəm. Azərbaycan rəssamları
ulu öndərin böyük qayğısını
həmişə hiss etmiş, məhz ulu öndərin hakimiyyəti illərində
çox qiymətli əsərlər yaranmış,
sərgilər keçirilmişdir.
Ulu öndərin davamçısı olan möhtərəm Prezidentimiz
İlham Əliyev də bu peşə
sahiblərinin əməyini
yüksək qiymətləndirmiş,
onların yaradıcılığının
inkişafı üçün
hər cür şərait yaradılmışdır.
Azərbaycanda ali
rəssamlıq məktəbinin açılması ulu
öndərin şəxsi təşəbbüsü ilə
olmuşdur. Bu gün
Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının
yetişdirdiyi kadrlar milli rəssamlıq sənətimizin inkişafına
xidmət göstərirlər.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə Rəssamlıq
Akademiyasında tədrisin
daha keyfiyyətli aparılması üçün
yeni korpusun tikintisi başa çatdırılmışdır. İndi artıq yeni emalatxanalar, sərgi salonu tələbələrin ixtiyarına
verilmişdir.
Prezident İlham
Əliyev 2006-cı il dekabrın 27-də Azərbaycan
Rəssamlar İttifaqının 65 illiyi münasibəti
ilə bir qrup rəssamla görüşdü. Bu tarixi bir
görüş idi. Həmin görüşdə
cənab İlham Əliyev Azərbaycan rəssamlarının fəaliyyətlərini
yüksək qiymətləndirərək
demişdir: “Azərbaycan
incəsənəti, rəssamlıq
məktəbi çox
zəngindir, çox dərin köklərə
əsaslanır və
eyni zamanda, indi artıq öz yerini tutmaqdadır. Bu da çox vacibdir.
Yəni bu əlaqələr qırılmır,
bu gözəl ənənələr davam
edir. Azərbaycanda bütövlükdə rəssamlıq
məktəbi son illər ərzində xeyli dərəcədə
güclənmişdir. Bunu
Azərbaycan ictimaiyyəti
də görür və xarici mütəxəssislər də
qeyd edirlər”.
Azərbaycan
rəssamları, həqiqətən, bu yubileyə
yüksək yaradıcılıq əzmi ilə
gəlmişdilər və elə o vaxt
açılmış sərgidə nümayiş
etdirilən əsərlər bunu bir daha təsdiq etdi. Prezident
bu sərgiyə böyük məmnunluqla baxdı və
sərginin çox gözəl təəssürat
bağışladığını bildirdi.
İlham Əliyev
rəssamların, heykəltəraşların
yaradıcılıq imkanlarının artmasına da xüsusi
diqqət yetirmişdir. Onların emalatxanalarla təmin edilməsinin vacib məsələ olduğunu
bildirmişdir. Rəssamlarla
görüşündə bu barədə demişdir: “Rəssamları,
heykəltəraşları narahat edən, maraqlandıran məsələlərdən
biri də emalatxana ilə təminatdır. Mən buna bir az
daha da geniş
kontekstdə baxıram.
Əlbəttə ki, emalatxanalar olmalıdır
və olacaqdır. İlk növbədə istər onun yeri, istərsə də dizayn baxımından, sizin də rəyiniz nəzərə alınmalıdır.
Ancaq mən hesab edirəm ki, biz gərək
buna bir az daha geniş,
bir yaradıcılıq
mərkəzi kimi baxaq. Orada təkcə
emalatxanalar olmamalıdır,
görüşlər, konfranslar
keçirmək, istirahət
etmək üçün
yer olsun”. Bu sözlərdən göründüyü kimi,
dövlət başçımız
məsələyə kompleks
yanaşaraq, onun həlli haqqında qərarı elə həmin görüşdəcə
vermişdir.
Dövlət
başçısı incəsənət xadimlərinin, o
cümlədən rəssamların sosial problemlərinin
həllini də nəzərdən
qaçırmamışdır. Yaşlı
rəssamlarımızdan bir
neçəsi Prezident
təqaüdünə layiq
görülmüşlər. Onların bir qismi “əməkdar incəsənət xadimi”,
“xalq rəssamı” kimi fəxri adlara layiq görülmüşlər.
Prezident rəssamlarımızdan
bir neçəsinin yubileylərinin keçirilməsi
ilə bağlı sərəncam imzalamışdır.
Mən onların birini xüsusi olaraq qeyd etmək
istəyirəm. Prezidentimiz
Azərbaycanın xalq
rəssamı Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi
ilə bağlı 11
iyul 2008-ci il tarixli sərəncam imzalamışdır. Cari
ilin noyabr ayında bu yubiley dövlətimiz tərəfindən yüksək
səviyyədə keçirildi,
Prezident Tahir Salahovu qəbul edib, yubiley münasibəti
ilə onu təbrik etdi.
Əlbəttə,
belə yubileylər çox tez-tez keçirilir və
rəssamlarımızın tarixi xidmətləri xüsusi
olaraq qeyd edilir. Böyük Azərbaycan rəssamları
Səttar Bəhlulzadə, Maral Rəhmanzadə,
Böyükağa Mirzəzadə, Lətif Kərimov,
Vəcihə Səmədova, Əzim Əzimzadə və
başqalarının yubileylərinin keçirilməsi
məhz bu dövrdə baş tutmuşdur.
Bu gün ölkəmiz
inkişaf edir, gözəlləşir. Azərbaycanın
bütün bölgələrində
yeni parklar, xiyabanlar salınır, yeni muzeylər, yaraşıqlı binalar ucaldılır. Azərbaycanın arxitektorları, rəssamları,
heykəltəraşları bu işə böyük həvəslə
qoşulmuşlar. İndi
elə bir bölgə tapılmaz ki, onun mərkəzində
ulu öndərin adını daşıyan
gözəl, yaraşıqlı
parklar salınmasın
və orada bu böyük tarixi şəxsiyyətin
heykəli və
yaxud büstü qoyulmasın.
Mən özümü
çox xoşbəxt sanıram ki, bir rəssam kimi mən
də bu quruculuq işlərinin iştirakçısıyam. Müəllifi olduğum bir neçə layihə əsasında parklar və xiyabanlar salınmışdır.
Bu gün Balakəndə salınmış,
böyük bir ərazini əhatə edən, bənzəri olmayan xiyaban da onlardan biridir.
Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı islahatların nəticəsində
mümkün olmuşdur.
Artıq 2008-ci ili başa vururuq. Qarşıda Dünya Azərbaycanlılarının Həmrəylik
Günü, Yeni il gəlir. Bu münasibətlə xalqımızı təbrik
edir, ona yeni-yeni uğurlar, dinc səma arzulayıram.
Xalq qəzeti.- 2008.- 30 dekabr.- S. 10.