Məhəbbətoğlu Q.
Tuba Öztəkin:
Növbəti sərgim Bakı illüminasiyaları olacaq
Muzey
Mərkəzində müasir Amerika fotoqrafiya məktəbinin
nümayəndəsi, türk fotorəssamı Tuba
Öztəkin Köymənin “İllüminasiyalar” adlı
sərgisi açılıb.
Sərgidə fotoqrafın
Türkiyə ilə bağlı 17 əsəri nümayiş
olunur. Sərgi dekabrın
20-nə kimi davam edəcək.
Tuba xanım bizimlə
söhbətində Azərbaycanda düzənlənən ilk
sərgisindən çox məmnun olduğunu dilə
gətirdi. Sənətsevərlərin
onun əsərlərinə
göstərdikləri marağı
nəzərə alan xanım bu səfəri
çərçivəsində gənc foto ustaları üçün
master-klass keçməyi
də nəzərdə
tutduğunu bildirdi.
O, eyni zamanda Azərbaycan fotoqraflarının
sənət əsərlərini
toplamaq və onların əsasında ABŞ-da sərgi düzənləmək niyyətindədir.
Azərbaycanda özünün lentə alacağı fotomənzərələri dünyanın
müxtəlif qalereyalarında
nümayiş etdirmək
fikrində olduğunu
qeyd edən Tuba xanımın sözlərinə görə,
o, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevlə də bu barədə söhbətlər aparıb: “Nazir bu məsələ ilə bağlı mənə öz məsləhətlərini verib.
Sözün düzü, bu
səfərim məndə
o qədər xoş ovqat yaradıb ki, Azərbaycanla bağlı
fotolardan ibarət sərgini yaxın illərdə gerçəkləşdirəcəyimə
şübhə etmirəm.
Çalışacağam ki,
növbəti dəfə
Azərbaycanda düzənləyəcəyim
sərgi “Bakı
illüminasiyaları” adlansın”.
Tuba xanımın sözlərinə görə,
Bakıda sərgi düzənləməyi ona
ABŞ-da yaşayan Cəmilə adlı bir soydaşımız təklif edib.
20 yaşından əlinə
fotoaparat alan Tuba xanım müasir fotoaparatlardan istifadə
etmir. O, bu sevimli
sənətində yalnız
qeyri-adi, daha doğrusu, özü tərəfindən hazırlanmış
fotoaparatdan istifadə
edir. Tuba xanım həm də rəssamdır. Lakin o, bu
sənətlə o qədər də məşğul olmur. Bu da onun
öz fikirlərini sənətsevərlərə fotoaparatla
daha yaxşı çatdıra bilməsindən
irəli gəlir. Bu barədə söz düşəndə
o: “Mənim rənglərim də, kətanım da elə fotoaparatdır”, - deyir.
Qeyd edək ki, Tuba Öztəkin
Köymən Ankara Bilkənt Universitetində qrafik dizayn
ixtisası üzrə bakalavr dərəcəsi aldıqdan
sonra ABŞ-ın Merilend Universitetində magistr dərəcəsinə
yiyələnib. Artıq 14 ildir ki, o,
Amerikada yaşayır.
Tuba Öztəkinin ilk fərdi sərgisi 10 il bundan əvvəl elə bu təhsil
ocağında sərgilənib.
Daha sonra isə əsərləri Texas, Karolina, eləcə də Meksika və Türkiyədə nümayiş
olunub. Hazırda o, Texasın Dallas şəhərindəki
Texas Universitetində fotonun sirlərini gənclərə aşılayır.
Zaman.- 2008.- 18-19 dekabr.- S. 9.