Heydər Əliyev
Fondu ilə tanışlıq beynəlxalq
konfransın iştirakçılarında
zəngin təəssürat
yaratmışdır
AzərTAc xəbər
verir ki, Avropa Şurasının üzvü olan
dövlətlərin mədəniyyət azirlərinin
"Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır" mövzusunda Bakı
konfransının iştirakçıları dekabrın
4-də Heydər Əliyev Fondunda olmuşlar.
Burada qonaqlara
xalqımızın ümummilli liderinin adını
daşıyan fondun yaranması, çoxşaxəli
fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Ulu öndərin
şəxsi arxivindən
götürülmüş və onun fəaliyyətinin
ayrı-ayrı dövrlərini əhatə
edən eksponatlar qonaqlarda zəngin təəssürat yaratmışdır.
Məlumat verildi ki, fondun
əsas məqsədləri görkəmli siyasi xadim Heydər
Əliyevin zəngin irsini öyrənmək və
təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi,
mədəni tərəqqisinə yönəlmiş
genişmiqyaslı fəaliyyəti barədə
gələcək nəsillərdə, xarici qonaqlarda əyani
təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti
və tarixinin geniş təbliği ilə əlaqədar
aparılan işlərə kömək
göstərməkdən ibarətdir.
Qonaqlar Heydər
Əliyevin Moskvada keçmiş SSRİ-nin
rəhbərlərindən biri olarkən genişmiqyaslı
fəaliyyətini əks etdirən fotoşəkillərə,
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin
keçdiyi ərazilərin maketinə xüsusi maraqla
tamaşa etdilər.
Bildirildi ki, fond həm
də genişmiqyaslı layihələr həyata keçirir,
görkəmli siyasi xadimin arzularının reallaşmasına
öz töhfəsini verir.
Qonaqlar fondun xatirə kitabına
ürək sözlərini yazdılar.
Azərbaycan.- 2008.- 5 dekabr.- S. 3.