2008-ci ildə Azərbaycan mədəniyyətinin itkiləri
2008-ci il mədəniyyət sahəsində ilk böyük itki yanvarın 21-də baş verib. Həmin gün gecə saatlarında
SSRİ xalq artisti Lütfiyar İmanov 79 yaşında dünyasını
dəyişib. Xalq artisti İslam Rzayevin vəfatı da yanvar ayına
təsadüf edib. Bu ilin martın
5-də şair Ağalar Mirzə dünyasını dəyişib.
74 yaşlı Azərbaycanın
xalq rəssamı İbrahim Zeynalov Ağalar Mirzədən bir gün sonra,
yəni martın 6-da vəfat edib. Martın 16-da 92 yaşlı
xalq rəssamı Maral Rəhmanzadə, martın 24-də 84 yaşlı xalq artisti Tükəzban İsmayılova vəfat ediblər. Aprel ayında meyxana
ustası Ağasəlim
Çıldağı, xalq
artisti, bəstəkar
Ramiz Mustafayevi, xalq artisti Kamal
Xudaverdiyevi itirmişik.
2008-ci ilin mayında əməkdar incəsənət
xadimi Elşad Quliyev və xalq artisti Səfa
Qəhrəmanov vəfat
ediblər. İyulun
25-də Azərbaycanın
əməkdar artisti Mais Salmanov uzun
sürən ağır xəstəlikdən
sonra vəfat edib. Oktyabrın 25-də isə Azərbaycan mədəniyyətinə
çox böyük itki üz verib.
Belə ki, həmin gün dünyaşöhrətli Azərbaycan
müğənnisi, SSRİ xalq artisti Müslüm
Maqomayev vəfat edib. Bu il
Azərbaycan mədəniyyət
və incəsənətinin
son itkisi kino sahəsi ilə bağlıdır.
Azərbaycan Kinematoqrafçılar
İttifaqının təşkilat
məsələləri üzrə
katibi, əməkdar mədəniyyət işçisi
Abbas Əliyev dekabrın 22-də, 63 yaşında həyatla vidalaşıb.
Zaman.- 2008.-
25-26 dekabr.- S. 8.