Cəvahir

 

Muzeyin kitabxanası zənginləşib

 

Dövlət İncəsənət Muzeyinin kitabxanasını zənginləşdirmək məqsədilə daxili imkanlar hesabına 143 adda elmi ədəbiyyat alınıb.

Bu barədə qəzetimizə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Elmi ədəbiyyat siyahısına müxtəlif sənətşünas alimlərin son tədqiqatlarının elmi-nəzəri nəticələrinin topluları, dünyanın məşhur muzeylərinin kolleksiyalarının əks etdirildiyi kataloqlar, o cümlədən Azərbaycan incəsənəti haqqında araşdırmalar, albomlar və s. daxildir.

Qeyd edək ki, ötən iki ildə bu istiqamətdə görülən tədbirlərin 2008-ci ildə də davam etdirilməsi muzeydə elmi-tədqiqat, o cümlədən atributlaşdırma işlərinin səmərəsini yüksəltməyə xidmət edir.

 

Mərkəz.- 2008.- 16 dekabr.- S. 15.