XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndələrindən biri, istedadlı şair
Mikayıl Müşfiqin 100 yaşı tamam olur. 1937-ci ilin qanlı repressiyasının qurbanlarından
biri olan \görkəmli qələm
sahibinin yubileyinin dövlət səviyyə\sində geniş qeyd olunması üçün ölkə
başçısı cənab
İlham Əliyev 16 aprel 2007-ci il tarixdə sərəncam imzalayıb. Həmin sənədə əsasən
şairin şərəfinə
müxtəlif tədbirlər,
ədəbi-bədii gecələr keçirilir.
Bu günlərdə
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin dəstəyi ilə M.Qorki adına
Mərkəzi Səyyar Kitabxana Fondunda da ədəbi-bədii
gecə təşkil olunmuşdu. Tədbiri giriş
sözü ilə açan M.Qorki adına MSKF-nin direktoru
Nüşabə Ələkbərova şairin həyat və
yaradıcılığı barədə demişdir:
- Mikayıl
Müşfiq Azərbaycan ədəbiyyatına yeni forma,
təzə ədəbi ruh gətirmişdi. O, cəmi 29 il yaşadı. Amma tarixdə elə bir iz qoydu
ki, həmişə cavan olaraq qalacaq.
Daha sonra Müşfiq
yaradıcılığının tədqiqatçısı,
xalq yazıçısı Gülhüseyn Hüseynoğlu,
"Müşfiq ocağı"nın müəllifi,
polkovnik Əbülhəsən Əhmədov, şair-publisist
Şəhla Gündüz, vətənpərvərlik
mahnılarının ifaçısı Şəmistan
Əlizamanlı və başqa qonaqlar da Mikayıl
Müşfiqin poetikasından, onun söz sənətindən
danışdılar.
Tədbir
M.Müşfiqin şeirlərinə bəstələnmiş
musiqilərdən ibarət proqram ilə davam etdi. "Uşaq teatrı"nın aktyorları şairin "Gecə düşüncələri", "Qurban olduğum", "Yenə o bağ
olaydı" və digər şeirlərini oxudular. Respublikanın xalq artisti Ağaxan
Abdullayevin ifası alqışlarla qarşılandı.
Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin rəisi
Əlikram Əliyev M.Qorki adına Mərkəzi Səyyar
Kitabxana Fondunun kollektivinə uğurlar arzuladı.
Azərbaycan.- 2008.- 11 dekabr.- S. 7.