Vahidoğlu X.

 

Kitab oxuyanların sayı getdikcə azalır

 

Kitab oxuyanların sayı azalır. Bu tendensiya çoxdan başlayıb, bu gün davam edir. İnternet insanların istər bədii, istərsə elmi ədəbiyyat oxumağa marağını azaldıb. Əgər 10 il əvvəl nəinki kitabxanalarda, hətta metro ictimai nəqliyyatda da kitab oxuyanlara tez-tez rast gəlinirdisə, indi onların sayı barmaqla sayılacaq qədər azalıb. Respublikamızda əsas elm ocaqlarının paytaxtda cəmlənməsi səbəbindən Bakıda kitabxanaların kitab mağazalarının zənginliyi həmişə bölgələrdən fərqlənib. Buna görə , paytaxt sakinlərinin son vaxtlar hansı kitabları aldıqlarını öyrənmək üçün əvvəlcə şəhərdəki bir neçə kitab mağazasına baş çəkdik.

Ədəbiyyat Muzeyindəki kitabxana işçilərinin sözlərinə görə, kitab alıcılarının sayı az deyil. Amma kitabxanada ən çox alınan xarici dil lüğətləri, xarici dillərdə olan kitablar, sağlamlıq haqqında elmi ədəbiyyat uşaqlar üçün jurnallardır. Bədii əsərlərə maraq isə o qədər böyük deyil. Azərbaycan yazıçılarından isə Çingiz Abdullayevin əsərləri daha çox alınır. "28 May" metrosunun yaxınlığındakı kitabxanada isə daha çox satılan tibbi ədəbiyyat, xarici dil lüğətləri, abituriyentlər üçün elmi kitablar testlərdir. Kitabxanadan uşaqlar üçün nağıl kitablarının da daha çox alındığını bildirdilər. İşçilər bədii ədəbiyyat alıcılarının çox olmadığını dedilər. Onların sözlərinə görə, ay ərzində cəmi 20-30 bədii ədəbiyyat satılır. Daha çox alınan isə detektiv ədəbiyyatdır.
   
   "Bəzən kitabları ən zəngin kitabxanada da tapmaq olmur"

 

Növbəti baş çəkdiyimiz ünvan isə oxucuların daha çox üz tutduğu Mirzə Fətəli Axundov adına kitabxana kimi tanınan Azərbaycan Milli Kitabxanası oldu. Burada oxucuların sayı kifayət qədər idi. Kitabxananın oxu zallarında yerlərin əksəriyyəti tutulmuşdu. Oxucuların əksəriyyəti yaslılar olsa da, gənclərin sayı da az deyildi. Söhbət etdiyimiz oxucuların bir çoxu imtahan ərəfəsi olduğu üçün lazım olan kitabı tapmaq ümidi ilə kitabxanaya gəldiklərini bildirdi. Amma bəzən onlar lazım olan kitabları ölkənin ən zəngin kitabxanasında da tapa bilmədiklərindən şikayətlənirlər. Onların sözlərinə görə, bir çox hallarda kitablar kataloqda olsa da, oxuculara verilmir. Bu zaman kitabxana işçiləri ya kataloqun yenilənmədiyini, ya da kitabın oxucuda olduğunu, bəzən isə oxucunun kitabı qaytarmadığını əsas gətirirlər. Bir neçə tələbə eyni kitab üçün 3 gün kitabxanaya gəlsə , istədiyi kitabı oxuya bilməyib. Kitabxananın daimi oxucusu Azər Həsənov isə kitabxana işçilərinin oxuculara münasibətindən narazıdır: "Respublikadan xaricdə ölkə daxilində nəşr olunan əhəmiyyətli kitab jurnalların hər nüsxəsini kitabxana almalıdır. Həmin nüsxələrdən biri kitabxananın arxivinə, digəri isə oxucuların ixtiyarına verilməlidir. Həmin jurnalların adları kataloqda olsa da, oxucuya verilmir bəzən itdiyi bildirilir. Maraqlıdır kitab, yaxud jurnal itibsə, bunun məsuliyyətini kim daşımalıdır? Bu kitabxanadan kənara kitab verilməməsi hamıya aydındır. Qəzet şöbəsində isə hansısa qəzeti almaq istəyəndə çox vaxt deyirlər ki, 1 saat sonra gəl. Əgər tələb olunan qəzet oxucuda deyilsə, oxucu niyə 1 saat gözləməlidir? Axı kitabxanaya gedənlərin əksəriyyəti üçün 1 saat böyük zamandır". M.F.Axundov adına kitabxanın işçisi olmuş Gülçöhrə Allahverdiyeva isə kitabxanada bəzən oxuculara bilərəkdən kitab verilməməsini təsdiqləyir. Onun sözlərinə görə, bəzən kitabxana işçiləri kitabları axtarıb tapmaq üçün tənbəllik edir. Bildirirlər ki, ya kitab oxucudadır, ya da kitabxanada yoxdur. Bunu isə daha çox təcrübəli işçilər edir.
   
   
"Yeni kitabları AMK-ya verməyən nəşriyyatlara qarşı sanksiya tətbiq olunacaq"

 

Məsələyə münasibət bildirən Azərbaycan Milli Kitabxanasının rəhbəri Kərim Tahirov son illər kitabxananın oxucularının sayının artdığını bildirdi: "Ola bilər ki, başqa kitabxanalarda oxucu qıtlığı hiss olunsun. Amma Azərbaycan Milli Kitabxanası əksər yeni nəşrləri aldığına xaricdən yeni nəşr olunan əhəmiyyətli kitabları əldə etdiyinə görə oxucuları kifayət qədərdir". K.Tahirov kitabxanaya bəzi yeni nəşrlərin verilmədiyindən şikayətlənir: "Təəssüf ki, bəzi özəl nəşriyyatlar ölkəmizdə yeni nəşr olunan kitabları kitabxanaya vermir. Belə halların qarşısının alınması üçün ölkə Prezidentinin sərəncamı ilə Dövlət Proqramı təsdiq olunub. Həmin proqrama uyğun olaraq 2009-cu ildə Azərbaycanda "Məcburi nüsxə sistemi haqqında" qanun layihəsi işləyib hazırlayacağıq. Layihə Milli Məclisin yaz sessiyasınadək hazır olacaq. Həmin qanuna müvafiq olaraq Azərbaycanın bütün nəşriyyatları, hüquqi fiziki şəxslər yeni nəşr olunan kitabları AMK-ya gətirib təhvil verməli olacaqlar. Bunu yerinə yetirməyənlərə qarşı sanksiyalar tətbiq olunacaq. Bu yaxınlarda Fransada olarkən həmin ölkənin "Məcburi nüsxə sistemi haqqında" qanunu ilə tanış olmuşuq. Həmin qanunda da müəyyən maddələr var ki, onların da Azərbaycanda tətbiq edilməsi müsbət nəticə verərdi. Həmin qanunların tətbiqindən sonra Azərbaycanın çap məhsullarının arxiv fondunun yaradılmasına nail olacağıq". K.Tahirov xaricdə nəşr olunan əhəmiyyətli nəşrlərin AMK tərəfindən alındığını vurğuladı: "Kitabxanamız dünyanın bir çox böyük kitabxanaları ilə kitab mübadiləsi həyata keçirir. Ötən il xaricdə nəşr olunan 2500-dən çox kitab almışıq. Gələn il isə kitab müdadiləsinin həcmi təxminən 2 dəfə artırılmalıdır".

 

"Gələn il 1950-ci ilədək nəşr olunan kitablar elektron kataloqa daxil ediləcək"

 

Kitabxanada kataloqda olan kitabların bəzən oxucuya verilməməsi məsələsinə münasibət bildirən K.Tahirov yaxın vaxtlarda bu məsələlərin də aradan qalxacağını bildirdi: "Azərbaycan Milli Kitabxanasında mövcud olan kataloq artıq öz ömrünü başa vurmaqdadır.
   
Hazırda elektron kataloq yaranır bütün kataloqlar yenilənir. Artıq 1998-ci ildən 2008-ci ilədək çap olunan bütün kitablar elektron kataloqa daxil edilib. Bu davam etdirilir ümid edirik ki, gələn il 1950-ci ilədək nəşr olunan bütün kitablar elektron kataloqa daxil ediləcək. Bundan sonra oxucuların bu problemi həllini tapacaq. Amma bir çox hallarda həqiqətən tələb olunan kitablar oxucularda olur. Kitabxanamızın abonentləri çoxdur. Bir çox idarə müəssisələr kitabları oxumaq üçün müvəqqəti götürürlər. Belə halda mümkündür ki, oxucuya verilməsin. Amma son 5 il ərzində AMK- bir dənə kitab itməyib".

Kitabxananın ayrı-ayrı zallarının təmiri zamanı oxucuların həmin şöbəyə aid kitabları ala bilməməsinə münasibət bildirən K.Tahirov şöbələr təmir olunduğu müddətdə də, oxuculara xidmətin dayandırılmadığını vurğulayır: "Belə hallar isə müvəqqəti xarakter daşıyır. Kitabxana yenidən təmir olunarsa, bu barədə əlavə məlumat verilir. Amma həmin şöbənin kitablarını digər şöbələr vasitəs ilə əldə etmək olar".

Müşahidələr göstərir ki, bir çox hallarda kitabxanalara gedənlərin sayının azalmasında elə kitabxana işçiləri günahkardır. Eyni vəziyyətlə Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzləşmiş kitabxanasında da rast gəlmək mümkündür. Maraqlıdır ki, həmin kitabxanaya tez-tez gedənlərdən kitabxana işçilərinin xoşu gəlmir. Aspirant elmi işçilərin daha çox istifadə etdiyi bu kitabxananın xarici jurnal şöbəsi isə iki ildir təmirə dayanıb. Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan tədqiqat institutlarının da öz mərkəzləşmiş kitabxanaları var. Amma Aşqarlar İnstitutunun kitabxanası ancaq həftənin 1-ci günü açıq olur. Həmin kitabxananın sovet dövründən qalan möhürü hələ dəyişdirilməyib.

Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin mərkəzləşmiş kitabxanası olan Texniki Kitabxanada da eyni vəziyyət mövcuddur. Əslində texniki fənlərə aid respublikada tapılmayan istənilən kitab jurnal həmin kitabxanada olmalıdır. Amma oradan nəyisə əldə etmək mümkün deyil. Həmin kitabxanada oxucu üçün isə heç bir şərait yoxdur. Apardığımız müşahidələr göstərir ki, ölkəmizdə kitab oxucularının sayının azalmasını birmənalı söyləmək düzgün deyil.

Əslində kifayət qədər oxucu kütləsi var. Sadəcə olaraq oxuculara göstərilən xidmətin səviyyəsi aşağıdır. Bu isə oxucularda narazılıq yaradır.

 

Üç nöqtə.- 2008.- 20 dekabr.- S. 17.