Azərbaycan Prezidenti İlham Əliyev dekabrın
20-də Bakının Yasamal
rayonunda mədəniyyət
və istirahət parkının, Heydər Əliyev məktəb-muzeyinin
və rayon icra hakimiyyətinin yeni binasının açılışında
iştirak etmişdir.
Prezident İlham Əliyevin Bakı şəhərində
park və xiyabanların
əsaslı təmiri
və yenidən qurulması ilə bağlı tapşırıqlarına
əsasən, rayonun daxili imkanları hesabına tamamilə yeniləşdirilmiş və
paytaxtımızın bu
hissəsinə xüsusi
yaraşıq verən
park şəhər sakinlərinin
sevimli istirahət guşələrindən biri
olacaqdır.
Rayon icra hakimiyyətinin başçısı
İbrahim Mehdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, 1,7 hektar sahəsi olan, vaxtilə Nazim Hikmət küçəsi
ilə Mətbuat prospektinin kəsişməsində
salınmış və
uzun müddət baxımsız qalmış
park xüsusi layihə
əsasında bir il ərzində müasir səviyyədə
tamamilə yenidən qurulmuşdur. Burada yaraşıqlı fəvvarələr
və şəlalələr
kompleksi yaradılmış,
ən hündür yerdə Azərbaycanın
dövlət bayrağı
ucaldılmışdır. Parkda hər cür hava şəraitinə davamlı materiallardan hazırlanmış 254 oturacaq
qoyulmuş, 8,5 min kvadratmetr sahədə çəmənlik salınmış,
3500-dən çox müxtəlif ağac və gül kolları əkilmişdir.
Əraziyə yüksək
keyfiyyətli mərmər
döşənmiş, ən
müasir işıqlandırma
sistemi və 20 kvadratmetrlik monitor quraşdırılmışdır.
Ətraf binalarda da əsaslı təmir və abadlıq işləri görülmüşdür.
Prezident İlham
Əliyev sonra Heydər Əliyev məktəb-muzeyinin
açılışında iştirak etdi. Dövlətimizin başçısı
açılışı bildirən lenti kəsdi, məktəb-muzeylə tanış oldu.
Heydər Əliyevin
xatirəsinin əbədiləşdirilməsi
baxımından böyük əhəmiyyəti olan
məktəb-muzeydə ümummilli liderin həyat və
fəaliyyətinin müxtəlif dövrlərini əks
etdirən fotoşəkillər və eksponatlar nümayiş
etdirilir. Bunlar "Mənim həyat
amalım bütün
varlığım qədər
sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə,
ölkəmizin iqtisadi,
siyasi və mənəvi inkişafına
xidmət olub" - deyən ulu öndərin zəngin və çoxcəhətli
fəaliyyəti, ümumən
Azərbaycan tarixinin bütöv bir qərinəsi barədə
dolğun təsəvvür
yaradır. Daim, ən çətin
anlarda da xalqına arxalanan, Azərbaycanın müstəqilliyini
qoruyub saxlayan, onu parçalanmaqdan, vətəndaş müharibəsi
təhlükəsindən xilas
edən, beynəlxalq birliyin layiqli üzvləri sırasına
çıxaran Heydər
Əliyev haqlı olaraq dünyanın ən nüfuzlu siyasətçilərindən biri
kimi tanınmışdır.
Azərbaycanın iqtisadi
dirçəlişi, mədəniyyətinin,
elminin, təhsilinin inkişafı bilavasitə
onun adı ilə bağlıdır.
Bütün bunlar göstərir
ki, Azərbaycanda Heydər Əliyevin siyasətinin alternativi yoxdur və onun davam etdirilməsi
ölkəmizin tərəqqisinin
təminatıdır.
Ümummilli liderin irsini təbliğ edəcək məktəb-muzeydəki zəngin kitabxana və kompüter otaqları gənclərin ulu öndərin zəngin irsindən yararlanmasına
kömək edəcəkdir.
Bu irs hər zaman Azərbaycan gəncliyini sabaha aparan yol olacaqdır.
Dövlətimizin başçısı məktəb-muzeylə
tanışlıqdan sonra
xatirə kitabına ürək sözlərini
yazdı.
Prezident İlham Əliyev daha sonra Yasamal
Rayon İcra Hakimiyyətinin
yeni binasının açılışında iştirak
etdi. Binanın girişində ulu
öndər Heydər
Əliyevin büstü
qoyulmuş, ölkəmizin
inkişafındakı fəaliyyətini
əks etdirən fotoguşə yaradılmışdır.
Dövlətimizin başçısına məlumat
verildi ki, beşmərtəbəli binada
əməkdaşların fəaliyyəti
üçün hər
cür şərait yaradılmışdır. Bu isə icra strukturunun
işinin daha mükəmməl qurulmasına
kömək edəcəkdir.
300 nəfərlik iclas salonunda ən müxtəlif tədbirlər keçirmək
mümkün olacaqdır.
Zəruri avadanlıqla təchiz
edilmiş binada qonaqlar üçün gözləmə otağı
və xidməti otaqlar da var.
Prezident İlham
Əliyev iş otaqları ilə də
Azərbaycan.- 2008.- 21 dekabr.- S. 1.