Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyinin ekspozisiyası zənginləşir

 

Görkəmli yazıçı və alım, Azərbaycan ədəbi mühitinin tanınmış simalarından olan Mir Cəlal Paşayevin Gəncədəki ev-muzeyi gündən-günə zənginləşir.

Bu günlərdə görkəmli ədibin oğlu Hafiz Paşayevin təqdim etdiyi 20 ədəd orden və medal muzeyin ekspozisyasını daha da zənginləşdirmiş, buradakı eksponatların sayı 186-ya çatmışdır.

Hazırda muzeyə gələnlər Gəncənin baş rəssamı Şərif Şərifovun toxuduğu, üstündə Mir Cəlal Paşayevin portreti olan xalçaya, ədibin şəxsi məktublarına və əlyazmalarına, eləcə də həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərə maraqla baxırlar.

 

Azərbaycan.- 2008.- 23 dekabr.- S. 4.