Xəlilzadə F.
Respublikamızda aparılan
geniş quruculuq işlərinin işığı
bölgələrimizə də
yeni görüntü,
gözəllik gətirib.
Sovet dövründə Yevlax solğun görünüşü
ilə darıxdırıcı
təsir bağışlayırdı.
Dağlar başında
qərar tutmuş yaşıl Şuşadan
sovet hökumətinin
xəbəri olmayan abad Ağdamdan sonra Yevlaxda elə bil adam
cənnətdən cəhənnəmə
düşürdü.
İndi isə tamam əksinədir. Köhnə Yevlaxdan əsər-əlamət qalmayıb. Aparılan abadlıq-təmir
işləri, tikilən
yeni binalar, salınan bağlar, parklar, geniş küçələr, bulaq
kompleksləri, ucalan abidələr, eləcə
də müxtəlif mədəniyyət ocaqları
Yevlaxın hüsnünü
daha da gözəlləşdirir.
İndi Yevlax Venesiyaya bənzəyir.
Qürur və şərəf hissi duyursan ki, ölkəyə
gələn qonağı
qəlb rahatlığı
ilə bölgələrə
aparıb nəsə göstərə bilirsən.
Fotomüxbirimizin
lentə aldığı bu fotoşəkillərdə Yevlaxda
fəaliyyət göstərən tarix-diyarşünaslıq
muzeyini görürsünüz. Burada
qədim tariximizdən
xəbər verən eksponatlar nümayiş etdirilir. Muzeyin bir bölməsində də rayonun flora və faunasını
əks etdirən guşənin mövcudluğu
bu qədim aran bölgəsinin zəngin təbiətindən
xəbər verir.
Sürətlə
abadlaşan, gözəlləşən rayonlarımız
əsl şəhər gözəlliyinə qovuşub. Bir özəllik də var ki,
görülən işlər
dünya standartlarına
uyğun şəkildə
həyata keçirilir.
Qədimliklə müasirliyin
qovuşaraq yeni görünüşdə təqdimatı
hamının ürəyindən
xəbər verir.
Tarix-diyarşünaslıq
muzeyi Yevlaxın tarixini öyrənmək baxımından
çox qiymətli eksponatlarla zəngindir. Burada məişətdə
işlədilən müxtəlif
əşyalardan tutmuş
silah növünə
qədər hər şeydən nümunə
var. Muzeyə gələnlər qədim
tarixdən soraq verən bu mədəniyyət
ocağından dərin
bilgilərlə ayrılırlar.
Bu muzey əsrlərdən gələn
tarixi səsdir.
Azərbaycan.- 2008.- 3 dekabr.- S. 8.