“İzvestiya” qəzetinin Azərbaycan Prezidenti haqqında məqaləsi miniatür kitab şəklində nəşr
edilmişdir
Respublika “Kitab” Cəmiyyəti bu il oktyabrın
17-də Rusiya Federasiyasının
ən populyar və nüfuzlu “İzvestiya” qəzetində
dövlətimizin başçısının
fəaliyyətindən bəhs
edən “İlham Əliyev: ümidlər və əminlik” adlı məqaləni rus və Azərbaycan
dillərində minitatür
kitab şəklində
nəşr etdirmişdir.
Cəmiyyətin
idarə heyətinin sədri Zərifə Salahova demişdir
ki, müəllif Oleq Sıqanovun bu materialı öz
səmimiliyi və obyektivliyi ilə diqqəti cəlb edir. O, girişdə yazır:
“İlham Əliyevin ikinci müddətə prezident seçilməsi təkcə toplanmış
səslərin hesablanmasının
nəticələri və
təkcə seçicilərin
fəallığını, onların İlham Əliyevin həyata keçirdiyi xətti dəstəkləməsini ifadə
edən faizlər deyildir. Başa çatmış prezident seçkiləri və onların keçirildiyi şəraitin
özü həm də Azərbaycan xalqının ölkənin
sabit inkişafına və tərəqqisinə
ümidin təcəssümü,
bu ümidlərin, bu planların hökmən gerçəkləşəcəyinə
əminliyin ifadəsidir”.
Məqalənin
“İlham Əliyevin siyasi liderliyinin keyfiyyəti haqqında”,
“Beşillik üçün proqram”, “Elm və texnologiyalar”,
“Sənayedə innovasiyalar”, “İnkişafın canlı
parametrləri”, “Seçkilər prezidentin siyasətinə
etimad barədə referendum idi” bölmələri oxucuya
ötən beş ildə Azərbaycanın keçdiyi yola
nəzər salmağa imkan verir.
Müəllif
materialı maraqlı bir sonluqla bitirir: “Ötən beş ildə
Azərbaycan xalqı bircə dəfə də olsa, öz
seçiminə görə peşmançılıq
çəkməmişdir və məhz bu səbəbdən
də xalq ölkənin idarə olunmasını bu
dəfə də ona etibar edir, özünün ən
yaxşı ümidlərinin həyata keçirilməsini
onunla bağlayır”.
Düşünürəm
ki, “AzRosProminvest” MMC-nin dəstəyi ilə “İndiqo”
nəşriyyatında işıq üzü görmüş
38x53 millimetrlik, 132 səhifəlik, superüzlüklü bu
kitab oxucuların böyük marağına səbəb
olacaqdır. Kitabın forzasında Azərbaycanın
tarixi memarlıq abidələri təsvir olunmuş xəritəsi verilmişdir.
Qeyd edək ki,
dekabrın 26-da Miniatür Kitab Muzeyində yeni nəşrin
təqdimatı olmuşdur. Tədbirdə məqalənin
müəllifi Oleq Sıqanov iştirak etmişdir.
Xalq qəzeti.- 2008.- 27 dekabr.- S. 3.