Miniatür “And”
kitabı çapdan çıxmışdır
Respublika
"Kitab" Cəmiyyəti Prezident İlham Əliyevin bu il
oktyabrın 24-də Heydər Əliyev Sarayında
keçirilmiş andiçmə mərasimindəki nitqini
"And" adı altında Azərbaycan, rus və ingilis
dillərində minitatür kitab şəklində
nəşr etdirmişdir. 38x53 millimetr ölçüdə
"İndiqo" nəşriyyatında işıq
üzü görmüş 336 səhifəlik kitabda 9
rəngli foto da verilmişdir.
Cəmiyyətin
idarə heyətinin sədri Zərifə Salahova demişdir
ki, 2008-ci ilin 24 oktyabrı müstəqil Azərbaycanın
tarixinə mühüm hadisə kimi yazılacaqdır. Seçkilərdə
xalqın böyük əksəriyyətinin etimadını
qazanaraq ikinci müddətə prezident seçilmiş
İlham Əliyevin həmin gün Heydər Əliyev Sarayında
andiçmə mərasimi keçirilmiş, o, xalqa və
dövlətə sədaqət andı içmişdir.
Prezident andiçmə mərasimindəki nitqində
ötən beş ilə yekun vurmuş, qarşıdakı
müddət üçün fəaliyyət proqramını
açıqlamışdır.
Azərbaycan bu gün
demokratiya və inkişaf yolu ilə inamla irəliləyən
müstəqil ölkədir. Bölgədə
Azərbaycanın iştirakı olmadan heç bir layihə
həyata keçirilmir. Azərbaycan iri regional
layihələrin təkcə iştirakçısı yox,
həm də əsas təşəbbüskarıdır.
Ölkəmizin başçısı mərasimdəki
nitqində bütün bunlardan bəhs edərək
demişdir: "Bölgədə apardığımız
işlər həm Azərbaycanın möhkəmlənməsinə,
həm də regional əməkdaşlığın
inkişafına böyük xidmət göstərir".
Prezident xalqımızı əmin etmişdir ki, "Mən
bundan sonra da Azərbaycanın hərtərəfli
inkişafı üçün öz səylərimi
əsirgəməyəcəyəm". Bu gün
bütün dünya etiraf edir ki, Prezident İlham Əliyevin
bacarıqla idarə etdiyi Azərbaycan Cənubi Qafqazda lider
dövlətə çevrilmişdir. Prezidentin nitqində buna
hansı yolla nail olunduğu aydın göstərilmişdir.
Ona görə də biz bu proqram sənədi miniatür kitab
həvəskarlarının diqqətinə
çatdırmağı özümüzə borc bildik.
İki yüz
nüsxə tirajla çap edilmiş kitabın forzasında
Azərbaycanın tarixi memarlıq abidələri təsvir
olunmuş xəritəsi verilmişdir.
Azərbaycan.- 2008.- 23
dekabr.- S. 3.