Miniatür Kitab Muzeyində Çin stendi açılmışdır

 

MDB məkanında və regionda yeganə olan Bakıdakı Miniatür Kitab Muzeyinə bütöv bir bölmə əlavə olunmuşdur.

Rusiyalı kolleksiyaçılar Aleksandr İvaşşenko və Quzel Fayzulina Çin dilində çap edilmiş 300-ə yaxın miniatür kitabı bu muzeyə hədiyyə etmişlər.

Muzeyin direktoru Zərifə Salahova deyir: “Muzeyin ekspozisiyası bir sıra dillərdə buraxılmış miniatür nəşrlərdən ibarətdir. İndiyə qədər burada Çin dilində cəmi 12 kitab vardı. Onları bizim muzeyə Çinin Azərbaycandakı səfiri Çjan Hayçjou bağışlamışdı. İndi isə bizdə Çin dilində kitablardan ibarət bütöv bir stend mövcuddur. Burada ən qədim dövrlərdən zəmanəmizə qədər klassik Çin poeziyasının nümunələri Avropa klassiklərinin əsərləri təmsil olunur. Nadir nəşrlər nümayiş etdirilir. Onların arasında qırmızı ağacdan düzəldilmiş futlyarda 6 miniatür kitabÇinin altı sülaləsinin qədim poeziya nümunələri, eləcə taxta futlyarlıHərb sənəti" kitabı, uşaqlar üçün kitablar, bədii ədəbiyyat, lüğətlər bir sıra başqa kitablar vardır.

Əvvəllər Çində işləmiş rusiyalı kolleksiyaçılar Aleksandr İvaşşenko Quzel Fayzulina bu ölkənin bənzərsiz heyrətamiz incəsənəti, eləcə Çin dilində miniatür kitablar kolleksiyasını necə toplamaları barədə məlumat vermişlər. Aleksandr İvaşşenko demişdir: “Zərifə xanımla Pekində tanış olmuşuq. Onun əlində miniatür ölçülü bir neçə kitab görəndə əvvəlcə fikirləşdik ki, yəqin həvəskar kolleksiyaçıdır. Bakıda Miniatür Kitab Muzeyi olduğunu biləndə çox heyrətləndik. Biz təzə dostumuzu sevindirmək istədik. Pekindəki kitab mağazalarının hamısına baş çəkdik, orada satılan miniatür kitabların hamısını aldıq. Sonra həm bu Muzeyə baxmaq, həm ona hədiyyə etmək üçün Bakıya gəldik”.

Muzeydə Çin stendinin açılışı ilə əlaqədar oraya gəlmiş Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Hayçjou Aleksandr İvaşşenkoya Quzel Fayzulinaya Çin incəsənətinə olan böyük maraq sevgiyə görə minnətdarlığını bildirmişdir.

Xalq qəzeti.- 2008.- 3 dekabr.- S. 4.